İşçilərin sayı və ya ştatları ixtisar edildikdə xəbərdarlıq və müavinətlər necə həyata keçirilir?
“Əmək Qanunvericiliyi və Şərhlər” Toplusu kitabından seçmə
Sual: İşçilərin sayı və ya ştatları ixtisar edildikdə müavinət necə hesablanır?
Cavab: Son dövrlər Əmək Məcəlləsinə edilən ən ciddi dəyişiklik ixtisar zamanı müavinətlərin hesablanmasıdır. İlk öncə xəbərdarlıq müddəti haqqında məlumat verək. 01 yanvar 2018-ci il tarixə qədər işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin «b» bəndi ilə işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı İKİ AY ƏVVƏL işçini rəsmi xəbərdar etməli idi. Artıq 01 yanvar 2018-ci il tarixdən etibarən rəsmi xəbərdarlıq işçinin HƏMİN İŞƏGÖTÜRƏNLƏ olan əmək stajına uyğun həyata keçirilir. İşçinin ümümi əmək stajı artıq rol oynamır.
Rəsmi xəbərdarlıq edilmə müddəti isə aşağıdakı kimidir:
bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi;
bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi;
beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi;
on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi
Müavinətin ödənilməsində də ciddi dəyişiklik olub. Dəyişikliyə qədər əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin «a» və «b» bəndləri ilə ləğv edilərkən işçilərə orta əməkhaqqıdan az olmamaqla işdənçıxarma müavinəti ilə yanaşı, işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün orta əməkhaqqı ödənilirdi.
01 yanvar 2018-ci ildən etibarən isə, müavinətin təyin edilməsi işçinin HƏMİN İŞƏGÖTÜRƏNLƏ olan əmək stajına uyğun müəyyənləşir:
bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında;
bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında;
beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında;
on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında.
İxtisarlarla bağlı son dəyişiklik isə, xəbərdarlıq müddəti əvəzinə müavinətin ödənilməklə əmək müqaviləsinə xitam məsələsidir.
01 yanvar 2018-ci ilə qədər işəgötürən işçilərin sayı azaldıqda və ya ştatlar ixtisar olunduqda, həmçinin əmək şəraiti dəyişdiyi halda qanunvericiklə müəyyən edilmiş xəbərdarlıq müddətləri əvəzinə, işçiyə onun razılığı ilə azı iki aylıq əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilərdi.
Yeni dəyişikliyə əsasən, 01 yanvar 2018-ci il tarixdən etibarən, işçinin stajına uyğun müəyyən edilən xəbərdarlıq müddəti əvəzinə ödəniləcək məbləğ aşağıdakı kimi ola bilər:
- azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli;
- azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli,
- azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli,
- azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli.
Bir məsələni də qeyd edək ki, xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır.
Əmək qanunvericiliyi və şərhlər toplusu – 2018 SATIŞDA
15 may 2018-ci il tarixinə olan dəyişikliklərlə 64 normativ hüquqi akt (Əmək Məcəlləsi, qanunlar, fərmanlar, NK və KM qərarları, qaydalar, sərəncamlar və s.),
8 MÖVZUDA ŞƏRHLƏR
(əmək müqaviləsinin qeydiyyatı, xitamı, əmək kitabçası, sığorta şəhadətnaməsı, əmək haqqı, məzuniyyət, kompensasiya, müavinət və sosial məzuniyyət hesablamaları, yoxlamalar, güzəştlər, cərimələr və s.)
Xüsusi axtarış rejimli CD disk və ünvana çatdırılma
Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:
012 564 86 85, 050 368 12 72, [email protected]
“Əmək münasibətləri A-dan Z-yə” kitabı SATIŞDA
Kitab 19 fəsildən, 464 səhifədən ibarətdir. Praktiki vəsaitdir, sadə və anlaşıqlı dildə yazılıb, işçinin işə götürülməsindən başlayaraq işəgötürən tərəfindən aparılmalı olan, dövlət qurumları qarşısında hesabatlılıq da daxil olmaqla, bütün prosedurları əhatə edir, hesablamalar və nümunəvi formalarla zəngindir. İndiyədək 6 dəfə təkmilləşdirilərək nəşr olunub. Sonuncu nəşri 12 fevarl 2018-ci ilə təsadüf edir. Hazırda satışı davam edir.
Kitabın müəllifi Azərbaycan Respublikasının Auditorlar Palatasının Şura üzvü, sərbəst auditor Altay Cəfərovdur.
Kitab insan resursları mütəxəssisləri və mühasiblər üçün nəzərdə tutulub
Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:
012 564 86 85, 050 368 12 72, [email protected]
1 Komment
Ruhiyye 06 Avqust 2021
Salam men ixtusara düsmüsem islediyim yerde 9 aydi isleyirem.amma ümumi stajim 18 ildir. Ayıq emek haqql 375 manatdi. Mene ne qeder kompensasiya düsür.
Şərh yazın