İstifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya kimlərə verilməlidir?

İstifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya kimlərə verilməlidir?

“Əmək Qanunvericiliyi və Şərhlər” Toplusu kitabından seçmə

Sual: İstifadə edilməmiş əmək məzuniyyətinə görə işçiyə bütün hallarda kompensasiya verilməlidir? Bunun üçün xüsusi rəsmiləşdirmə nəzərdə tutulur?

Cavab: Əmək Məcəlləsinin 135-ci maddəsi birmənalı olaraq işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsini qadağan edir. Ancaq həmin maddənin 2-ci bəndində qeyd edilir ki, işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir.
Bu maddədən çıxan nəticə odur ki, işəgötürən bütün işçilərin məzuniyyət hüququndan istifadə etməsinə şərait yaratmalıdır. Xüsusi hallarda işçinin məzuniyyət hüququndan istifadə etmək imkanı olmazsa, bu zaman işəgötürən istifadə edilməmiş məzuniyyətə görə kompensasiya verməlidir. İşəgötürən mütləq işçinin hansı əsaslı səbəbdən əmək məzuniyyətindən istifadə etmədiyini də rəsmiləşdirməlidir.
Onu da qeyd edək ki, beynəlxalq əmək və maliyyə qurumları Azərbaycan Respublikası Əmək Məcəlləsindən “istifadə edilməmiş məzuniyyətə görə kompensasiya” məfhumunun çıxarılması ilə bağlı müvafiq dövlət qurumlarına təkliflərini göndəriblər. Beynəlxalq əmək qanunvericiliyi mütəxəssislərinin qənaətinə görə, işəgötürənlər qanunvericiliyə istinad edərək bilərəkdən işçiləri məzuniyyətə göndərmir, onların hüquqlarını pozurlar.

 

Əmək qanunvericiliyi və şərhlər toplusu – 2018 SATIŞDA

15 may 2018-ci il tarixinə olan dəyişikliklərlə 64 normativ hüquqi akt (Əmək Məcəlləsi, qanunlar, fərmanlar, NK və KM qərarları, qaydalar, sərəncamlar və s.),

8 MÖVZUDA ŞƏRHLƏR

 (əmək müqaviləsinin qeydiyyatı, xitamı, əmək kitabçası, sığorta şəhadətnaməsı, əmək haqqı, məzuniyyət, kompensasiya, müavinət  və sosial məzuniyyət hesablamaları, yoxlamalar, güzəştlər, cərimələr və s.)

Xüsusi axtarış rejimli CD disk və ünvana çatdırılma

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

 

“Əmək münasibətləri A-dan Z-yə” kitabı SATIŞDA

 Kitab 19 fəsildən, 464 səhifədən ibarətdir. Praktiki vəsaitdir, sadə və anlaşıqlı dildə yazılıb, işçinin işə götürülməsindən başlayaraq işəgötürən tərəfindən aparılmalı olan, dövlət qurumları qarşısında hesabatlılıq da daxil olmaqla, bütün prosedurları əhatə edir, hesablamalar və nümunəvi formalarla zəngindir. İndiyədək 6 dəfə təkmilləşdirilərək nəşr olunub. Sonuncu nəşri 12 fevarl 2018-ci ilə təsadüf edir. Hazırda satışı davam edir.

Kitabın müəllifi Azərbaycan Respublikasının Auditorlar Palatasının Şura üzvü, sərbəst auditor Altay Cəfərovdur.

Kitab insan resursları mütəxəssisləri və mühasiblər üçün nəzərdə tutulub

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

 

 

 

0 Komment

    Şərh yazın

    Xəbərlər