Müavinət ödənilməsi üçün mərhumun vərəsələrini necə müəyyənləşdirməli?

Müavinət ödənilməsi üçün mərhumun vərəsələrini necə müəyyənləşdirməli?

Mks.az saytının eksperti, sərbəst auditor Altay Cəfərovun təqdimatında
Sual: Salam. Öyrənmək istəyirdim, işçi vəfat etdikdə Əmək Məcəlləsinə əsasən vərəsələrinə verilməli olan əmək haqqının 3 misli məbləğində müavinət hansı formada ödənilməlidir?
Nərmin xanım.

Cavab: Bidrirdiyiniz kimi dəfn üçün 3 aylıq müavinət mərhumun vərəsələrinə ödənilməlidir. Vərəsəlik də müvafiq qanunvericiliyə əsasən notariat qaydasında müəyyənləşir və vərəsəlik şəhadətnaməsi təsdiq olunur. Sənəddə vərəsələr qeyd olunur. Məbləğ də onlara ödənilməlidir. Amma praktikada bu hal az tətbiq olunur. Belə ki, Məcəllənin 77-ci maddəsində “vərəsə” anlayışı barədə yazılmışdır. Vərəsələr 1 nəfər və ya çox ola bilər. Belə görünür ki, müavinəti 1 vərəsə də ala bilər, bir neçə vərəsə də. Bu halda konkret vərəsəlik şəhadətnaməsinin olması məcburi sayılmır. Müavinəti ödəyən şəxs özü, birbaşa vəfat edən şəxslə bağlı olan vərəsəni müvafiq sənədlərlə müəyyənləşdirə bilər. Məsələn, bələdiyyədən, yerli icra nümayəndəliyindən alınan arayışlarla, izahatlarla konkret vərəsəyə ödənişi edə bilər. Bununla da müvainəti ödəyən şəxs əmin olmalıdır ki, gələcəkdə bu ödəniş mübahisə (məhkəmə) predmeti olmayacaq.

 

SATIŞDA OLAN NƏŞRLƏRİMİZ

0 Komment

    Şərh yazın

    Xəbərlər