Səhv edən işçiyə töhmət verilməsi mütləqdir?

Səhv edən işçiyə töhmət verilməsi mütləqdir?

Mks.az saytının eksperti, sərbəst auditor Altay Cəfərovun təqdimatında

Sual: Mən ikinci ildir ki, müəllimə işləyirəm. Birinci ildə 5 ay işləyib analıq məzuniyyətinə çıxmışam. Odur ki, bu il yarimillik, illik yazanda biraz səhvlərim oldu, töhmət verə bilərlər? Keçən il yanvara kimi işləmişəm, iyuna kimi yox.
Asya xanım

Cavab: İntizam tənbehi tədbirlərinin tətbiq olunması AR Əmək Məcəlləsinin 186-cı maddəsi ilə tənzimlənir. Bəli, intizam tənbehlərindən biri də töhmətin verilməsidir.
Maddə 186. Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri
1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.
2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər:

a) töhmət vermək;
..............
Sizə töhmət verilməsi üçün 186-cı maddənin 2-ci bəndindəki kimi hallar olmalıdır. Bundan əlavə, həmin hallar olsa da belə, töhmətin verilib-verilməməsi işəgötürənin səlahiyyətlərindədir. Yəni, hökmən deyil ki, səhv və ya səhvlər etmisiniz və direktor sizə töhmət verməlidir. Bütüh hallarda səlahiyyət işəgötürəndədir.
Həmçinin bildirm ki, inzibati tənbehin verilməsində iş stajı, əmək stajı, sosial sığorta stajı rol oynamır. Ola bilər ki, siz 2 ay işləmisiniz, amma tənbeh tədbiq olunası pozuntular etmisiniz və sizə tənbeh verilə bilər.

 

SATIŞDA OLAN NƏŞRLƏRİMİZ

5 Komment

  1. Seyfulla Abdullayev 11 Aprel 2019

    Salam. Müdiriyyət işçinin cəzalandırılması üçün ona eyni vaxtda bu 3 cəzanı birlikdə verə bilərmi? 1) Töhmət elan olunma 2) Əmək haqqıdan cəza 3) Bu gündən etibarən iş gününün yazılmaması. Sovet vaxtının qanununda işçiyə 1 xətadan ötrü 1-dən artıq cəza verilə bilməzdi. İndiki qanunda da belədirmi? Cavabınız üçün təşəkkür edirəm.

  2. murad 16 May 2019

    iş stajı əmək stajı və sosial söğorta stajının fərqi nədir?

  3. Maqa 06 Aprel 2022

    İşe gotren işçini muqavileden kenar işe yoneldirse işci bu emrin qanunsuz olduqunu bildirib emre tabe olmursa ve oz muqavileye daxil olan iş yerine gedirse işegotren işcinin gununu kese bilermi?

  4. isgəndər 31 Avqust 2022

    işçiyə intizam tənbehi verilərkən muşavirədə kimlərin iştirakı mutləqdir?

  5. Anar 13 Fevral 2023

    Salam. Dovlet qullugunda staj dovrunde tohmet verile bilermi ?

Şərh yazın

Xəbərlər