Təcrübədə rast gəlinən hal: 1 aydan az müdddətdə işləyən işçinin işdənçıxma müavinəti necə hesablanır?
Mks.az-ın eksperti, sərbəst auditor Altay Cəfərovun təqdimatında
Sual: “Sual-cavab” rubrikasında iş staj olmayan və 1 həftə işlədikdən sonra rəhmətə gedən işçiyə hesablanan müavinətlə bağlı sual yaranıb. Müavinət haqqı üçün hesablanan orta aylıq əmək haqqı necə tapılacaq? Orta aylıq əmək haqqının, yoxsa orta əmək haqqı? Əgər 1 həftə işləyibsə, orta ayliq əmək haqqı necə hesablanır, faktiki iş günlərinə əsasən? Və ya aylıq əmək haqqı /30.4?
Taleh Bədəlov
Cavab: Çox maraqlı sualdır. Bu sualın cavabı kimi anoloji misallar “Əmək Münasibətləri A-dan Z-yə 2018” kitabında verilib. Amma bir daha müəyyən uyğunsuzluqlara birlikdə baxaq. Bunu üçün Əmək Məcəlləsinin 77-ci və 177-ci maddələrinə nəzər yetirək.
Maddə 77. Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları
..................................................
7. ............................. İşçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilir.
Maddə 177. Orta əmək haqqı və onun hesablanması qaydası
1. Orta əmək haqqı — işçiyə vəzifəsi (peşəsi) üzrə işəgötürən tərəfindən ödənilmiş məvacib və onun tərkibinə daxil olan ödənclərin bu Məcəllədə və digər normativ hüquqi aktlarda nəzərdə tutulan qaydada müəyyən olunan məbləğdir.
2. Əmək məzuniyyəti dövrü üçün verilən əmək haqqı istisna olmaqla qalan bütün hallarda işçinin orta əmək haqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əmək haqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölünməklə bir günlük əmək haqqı tapılır və alınan məbləğ əmək haqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir.
3. 2 aydan az işləmiş işçilər üçün orta aylıq əmək haqqı aşağıdakı qaydada hesablanır: işçinin faktik işlədiyi günlər ərzində qazandığı əmək haqqını həmin günlərə bölməklə bir günlük əmək haqqı müəyyən edilir, alınan məbləğ əmək haqqı saxlanılan iş günlərinin sayına vurulur.
4. Orta əmək haqqı müəyyən edilərkən bu Məcəllənin 157-ci maddəsində nəzərdə tutulmuş əməyin ödənilməsi üzrə bütün növ ödənclər hesaba alınır.
5. Orta əmək haqqının hesablanması qaydası bu Məcəllənin ......... 77-ci, ............. maddələrində nəzərdə tutulmuş hallarda tətbiq edilir.
İlkin olaraq təqdim etdiyim maddələrin daxilində qara şrift ilə seçdirilmiş hissələrə diqqətlə baxmaq lazımdır.
Deməli, 77-ci maddəyə əsasən vəfat ilə bağlı əmək müqaviləsinə xitam verildikdə, orta aylıq əmək haqqı əsas götürməklə ödəniş aparılmalıdır. Amma Məcəllədə konkret orta aylıq əmək haqqının hesablanılması qaydası ancaq məzuniyyət üçün hesablamalar aparılanda müəyyənləşdirilmişdir. 177-ci maddədə yazılmışdır ki, əmək məzuniyyəti üçün bu hesablama tədbiq olunmur (yəni, 30.4 burada rol oynamır).
Bundan əlavə, 177-ci maddə orta əmək haqqının hesablanılması qaydasıdır. Belə çıxır ki, orta əmək haqqı ilə orta aylıq əmək haqqı ayrı-ayrı anlayışlardır. Amma həmin 177-ci maddənin 3-cü bəndində isə artıq orta aylıq əmək haqqı məsələsi aydın olur. 177-ci maddədə həm orta əmək haqqı, həm də orta aylıq əmək haqqı var. Bundan əlavə, 5-ci bənddə yazılmışdır ki, orta əmək haqqı 77-ci maddədə tətbiq olunur. Amma 77-ci maddədə orta aylıq əmək haqqı yox, orta aylıq əmək haqqıdan söhbət gedir. Ümumiyyətlə, 77-ci maddədə orta əmək haqqı anlayışına rast gəlinmir. Buradan belə görünür ki, orta aylıq əmək haqqı və orta əmək haqqı eyni anlayışdır, bu, Məcəllənin boşluğudur.
Ancaq bütün hallarda Sizin yazdığınız məsələ tam araşdırılmalıdır. 177-ci maddədən müəyyənləşir ki, son iki ay nəzərə alınmaqla hesablamalar aparılmaldır. Misalda yazdığınız kimi 1 həftədə qazanılmış əmək haqqı bölünməlidir 1 həftədə neçə iş günü vardırsa ona. Beləliklə, 1 günlük qazanc müəyyənləşir. 1 günlük qazanc da vurulmalıdır 3 ayın iş günlərinə.
İndi sual meydana çıxır ki, hansı 3 ayın iş günlərinə vurlmalıdır. Vəfatdan əvvəlki 3 ayın, yoxsa vəfatdan sonrakı 3 ayın iş günlərinə? Göründüyü kimi qeyri-müəyyənlik var. Odur ki, belə hallarda praktiki olaraq işçinin konkret aylıq standart əmək haqqının 3 misli məbləğində müavinət ödənilir. Neçə ay, gün, il işləməsindən asılı olmayaraq konkret aylıq əmək haqqının 3 misli ödənilir.
SATIŞDA OLAN NƏŞRLƏRİMİZ
1 Komment
Fəxrəddin 17 Noyabr 2022
Salam. Zəhmət olmasa mənim də sualıma aydınlıq gətirərdiniz. Deməli işçi 2022-ci ilin oktyabr ayının 10-da vəfat edib. sentyabr ayında isı öz hesabına məzuniyyətdə olub. Avqust ayı tam ay işləyib və 367 manat əmək haqqı alıb. Burada dəfn müavinəti necə hesablanmalıdır?
Şərh yazın