Başqa işçini əvəzetməyə görə ödənilən əmək haqqının hesablanması

Başqa işçini əvəzetməyə görə ödənilən əmək haqqının hesablanması

Sual: Başqa işçini əvəzetməyə görə əmək haqqının hesablanmasına aydınlıq gətirməyinizi xahiş edirik?

Cavab: İşçi iş yerində öz əmək funksiyaları ilə yanaşı başqa bir işçinin də əmək funksiyalarını yerinə yetirir və belə olan halda onun əmək haqqına əlavə müəyyən edilir və ödənilir.
Öz əmək funksiyasını yerinə yetirməklə yanaşı, müəyyən səbəbdən müvəqqəti işə çıxmayan işçini əvəz edən işçiyə, əvəz edilən işçinin tarif (vəzifə) maaşı ilə onun maaşı arasındakı fərq ödənilir. Əvəz edilən işçinin tarif (vəzifə) maaşı əvəz edən işçinin maaşı ilə eyni və ya ondan az olduqda isə əmək haqqıya əlavə müəyyən edilib verilir. Bu əlavə işçinin və işgötürənin qarşılıqlı razılığı ilə müəyyən edilir.

 

SATIŞDA OLAN NƏŞRLƏRİMİZ

0 Komment

    Şərh yazın

    Xəbərlər