Sosial Sığorta Şəhadətnaməsinin alınma müddəti və cəriməsi

Sosial Sığorta Şəhadətnaməsinin alınma müddəti və cəriməsi

"Əmək Qanuvericliyi və Şərhlər Toplusu" kitabından seçmə

Sual: Sosial sığorta şəhadətnaməsi nə qədər müddətə alınmalıdır və gecikdirməyə görə cərimə nəzərdə tutulur?
Cavab: Sualınızı cavablandırmaq üçün fərdi uçot qaydalarının pozulması hallarında tətbiq olunan cərimələrə nəzər yetirək. Belə cərimələr Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 477–ci maddəsi ilə tənzimlənir.

Maddə 477. Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında qanunvericiliyin pozulması
Sığortaedənlər tərəfindən “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə və qaydada sığortaolunanlar haqqında məlumatların müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə –
fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz əlli manat məbləğində cərimə edilir.
Fərdi uçot qaydalarının pozulmasına görə inzibati cərimə DSMF orqanları tərəfindən yoxlamalar aparılan zaman tətbiq olunur.
Cərimələrin tətbiqi halları aşağıdakılardır:
- İşçi işə qəbul olunduqdan sonra 1 ay ərzində ərizənin verilməməsinə görə.
- Sosial sığorta şəhadətnaməsində dəyişiklik olduqda, işçinin ərizə ilə müraciətindən sonra 14 iş günü müddətində DSMF orqanına ərizənin verilməməsinə görə;
- Sosial sığorta şəhadətnaməsinin itirilməsi və yararsız hala düşməsi hallarında isə işçinin ərizə ilə müraciətindən sonra 1 ay ərzində DSMF orqanına ərizənin verilməməsinə görə.

 

SATIŞDA OLAN NƏŞRLƏRİMİZ

0 Komment

    Şərh yazın

    Xəbərlər