İşçi maksimum nə qədər ödənişsiz məzuniyyət götürə bilər?

İşçi maksimum nə qədər ödənişsiz məzuniyyət götürə bilər?

Sual: Praktikada tez-tez işəgötürənin və yaxud işçinin öz xahişilə işçinin ödənişsiz məzuniyyətə göndərilməsi halları ilə rastlaşırıq. İşçi maksimum hansı müddətə (misal üçün 2 ay müddətinə) ödənişsiz məzuniyyətə çıxa bilər və bu hal necə tənzimlənir?

Cavab: Ödənişsiz məzuniyyətlər barədə Əmək Məcəlləsinin 130-cu maddəsində qeyd olunub. Məcəllənin 130-cu maddəsi işçinin xahişi ilə işəgötürən tərəfindən təmin olunmalı ödənişsiz məzuniyyətlərdən bəhs edir. Həmçinin, 129-cü maddədə yazılıb ki, işçi ilə işəgötürənin razılığı ilə 6 aydan çox olmayan müddətdə işçiyə ödənişsiz məzuniyyət verilə bilər. İşçinin ona hər hansı bir hal üçün 2 aylıq ödənişsiz məzuniyyət verilməsi xahişi ilə işəgötürənə müraciət etmək hüququ var. Belə hallarda mütləq işəgötürənin razılığı lazımdır. Əgər işəgötürən razı olarsa, işçiyə 2 ay müddətinə ödənişsiz məzuniyyət verilə bilər.

SATIŞDA OLAN NƏŞRLƏRİMİZ

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər