Əvəzçiliklə çalışan işçi və işəgötürənin əməl etmək olduğu MÜTLƏQ TƏLƏB

Əvəzçiliklə çalışan işçi və işəgötürənin əməl etmək olduğu MÜTLƏQ TƏLƏB

Sual: Bilmək istərdik ki, əvəzçilik üzrə əmək müqaviləsi bağlanılan zaman hansı şərtlər gözlənilməlidir?

Cavab: Sualınıza cavab olaraq, ilk növbədə onu qeyd etməyi vacib bilirik ki, əmək müqaviləsi əsas və ya əvəzçilik əmək müqaviləsi adlandırıla bilməz. İşçinin əsas və ya əvəzçiliklə çalışdığı iş yeri ola bilər. İşçi əsas və ya əvəzçiliklə çalışmasından asılı olmayaraq əmək müqaviləsi Məcəllədə göstərildiyi kimi eyni formada tərtib olunmalıdır. Demək istəyirik ki, hər iki halda Məcəllədə tələb olunan şərtlər müqavilədə tətbiq olunmalıdır.

Burda bircə fərqli məqam var ki, o da iş vaxtı ilə bağlıdır. Əmək Məcəlləsinə əsasən, gündəlik iş vaxtı 8 saatdan, həftəlik iş vaxtı isə 40 saatdan çox ola bilməz. Əvəzçiliklə işəyən işçi üçün isə iş vaxtı bu müddətin yarısından çox olmamalıdır. Az ola bilər.

SATIŞDA OLAN NƏŞRLƏRİMİZ

0 Komment

    Şərh yazın

    Xəbərlər