Elektron sistemdə düzəliş aparılmasının 2 variantı
Sual: Elektron sistemə daxil edilən əmək müqaviləsinə düzəliş etdikdə prosses hansı formada aparılmalıdır?
Cavab: Əmək müqaviləsinə dəyişiklik etmək üçün “Əsas səhifə”dən “Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi” seçilir. Əmək müqaviləsinə dəyişiklik edilməsi nəzərdə tutulan işçinin FİN-i müvafiq sahəyə daxil edilir və bu zaman FİN-ə uyğun olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində qüvvədə olan əmək müqaviləsi bildirişləri müəyyən edilir.
İşçinin “Əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişi”nin daxil edilməsi zamanı əllə daxil edilə bilən bütün sahələrdə səhv olarsa və ya işəgötürənin əmri ilə hər hansı dəyişiklik olarsa, bu zaman sistemdə düzəliş aparılmalıdır. Düzəlişlərin işəgötürənin qərarı ilə eyni gündə aparılması məqsədəuyğundur.
Əgər qeydiyyata salınan əmək müqaviləsi ilə bağlı dəyişikliyi sistem vasitəsiylə aparmaq mümkün olmazsa, bu zaman Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəsmi olaraq məktubla müraciət etməli və zəruri hallarda texniki səhvi sübüt edən sənədəri də əlavə etmək lazımdır. Misal üçün, səhvən hər hansı işçiyə xitam verilmişsə, bu zaman artıq proqram təminatı ilə yox, rəsmi məktub göndərməklə bərpa həyata keçirilməlidir.
SATIŞDA OLAN NƏŞRLƏRİMİZ
0 Komment
Şərh yazın