İşçi bir neçə yerdə işləsə, sistem məlumatları qəbul edir?

İşçi bir neçə yerdə işləsə, sistem məlumatları qəbul edir?

Sual: İşçinin iş yeri fərqli təşkilatlarda əsas iş yeri kimi qeyd edilərsə, sistem bunu qəbul edir?
Cavab: Sistemdə iş yerinin tipi “əsas iş yeri” kimi seçilib. Əgər daxil edilən məlumatlarda işçinin iş yeri əlavə iş yeridirsə (əvəzçilik üzrə iş yeridirsə), siyahıdan “əlavə iş yeri” seçilməlidir. Əgər işçinin “əsas iş yeri” bir dəfədən çox daxil edilərsə, bu zaman uyğunsuzluq haqda məlumat çıxacaq. Cünki hər bir işçinin yanlız bir “əsas iş yeri” ola bilər.

Bununla bağlı, Əmək və Əhalinin Müdafiəsi Nazirliyin açıqlamasını da diqqətinizə çatdırıq:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanan ayrı-ayrı müraciətlərdə bir şəxslə iki və daha çox iş yerində bağlanan əmək müqavilələri bildirişlərinin elektron informasiya sistemində (EİS) qeydiyyatdan keçirilib-keçirilməməsi ilə bağlı suallar əksini tapır. Bununla əlaqədar bildiririk ki, 2014-cü ilin iyulun 1-dən istifadəyə verilən elektron informasiya sistemi bir şəxslə iki və daha artıq iş yerində bağlanmış əmək müqaviləsi bildirişlərinin qeydiyyatdan keçirilməsində heç bir məhdudiyyət yaratmır.
Əmək Məcəlləsinin 58-ci maddəsinə əsasən, əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri işçinin əlavə iş yeri, əmək kitabçası saxlanılan yer isə əsas iş yeri sayılır.
EİS-in proqram təminatı hazırlanarkən bu məqam nəzərə alınıb. Yəni, hər hansı şəxslə əsas iş yerində bağlanmış əmək müqaviləsi bildirişi qeydiyyatdan keçirilərkən bu iş yeri sistemdə də onun əsas iş yeri kimi əksini tapır. Əlavə iş yerində bağlanmış əmək müqavilələri bildirişi isə sistemdə onun əlavə iş yeri kimi qeydiyyatdan keçirilir. Bütün hallarda EİS-də işçinin yalnız bir əsas iş yeri qeydiyyatdan keçir və sistem əlavə iş yerinin də əsas iş yeri kimi qeydiyyatdan keçirilməsini təmin etmir.

SATIŞDA OLAN NƏŞRLƏRİMİZ

6 Komment

  1. Ulviyye İbrahimova 02 İyul 2018

    Salam men bilmek isterdim mezuniyyet gunu 3 gundurse 5 gunde bayram olarsa ishciye 35 gun mezuniyyet verilmelidirmi . eger beledirse hansi esasa goredir

  2. Ulviyye İbrahimova 02 İyul 2018

    Salam men bilmek isterdim mezuniyyet gunu 3 gundurse 5 gunde bayram olarsa ishciye 35 gun mezuniyyet verilmelidirmi . eger beledirse hansi esasa goredir

  3. Rəşad 03 İyun 2020

    Salam 1 iş yerim var əmək müqaviləm var həmin iş yay ərzində 4 ay olur istəyirəm yenə başqa yerdə əmək müqaviləm olsun ola bilər?

  4. Ayten 28 Oktyabr 2020

    Salam neçə əlavə iş yeri ola bilər?

  5. Lale 16 İyun 2021

    Salam.bir iş yerim var ve ordan analıq mezuniyyetindeyem ikinci iş yeri başqa sahədə ola bilərmi?

  6. Könül 26 Sentyabr 2022

    Salam aile vəziyyəti ile elaqedar tutdugum vezifeden yarim vezifeye kecmeye icaze varmi?

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər