Əlavə iş yeri haqqında məlumat əmək kitabçasında qeyd edilməlidir?

Əlavə iş yeri haqqında məlumat əmək kitabçasında qeyd edilməlidir?

Sual: Əmək kitabçasında əlavə iş yeri haqqında məlumat əks oluna bilər?

Cavab: İşçi əvəzçiliklə işlədiyi müəssisədə bağladığı əmək müqaviləsini əsas iş yerinə təqdim etməklə (sonradan əslini götürə bilər, surəti isə əsas iş yerində qalmalıdır) əlavə iş yerində işlədiyi haqqında məlumatları əmək kitabçasına qeyd etdirə bilər. Məsləhət bilərdik ki, bu zaman əsas iş yerində əmək kitabçasında qeydləri aparan şəxs onların doğruluğunu təsdiqləmək üçün əlavə iş yeri ilə hər hansı bir formada əlaqə saxlasın, əmrdən çıxarışı və digər sənədləri tələb etsin.

 

SATIŞDA OLAN NƏŞRLƏRİMİZ

3 Komment

  1. Nermin 08 Yanvar 2020

    Salam.Analiq mezuniyyetinde olan isci elave is yerinde qeydiyyata duse bilermi?Onda emek muqavilesinde ananin elave is yerindeki maasi tam yazilir?

  2. Vüsalə 24 Noyabr 2020

    Salam. Əmək kitabçasında qetd olunmamış vezife deyişikliyi daha sonra yeni artlq xitamda verilib qeyd oluna bilermi?

  3. Orxan 18 Fevral 2022

    Salam. İşçi evveller bizde evezçilik üzre (elave iş yeri) çalışırdı. İndi ise işçini esas iş yeri biz olaraq işe aldiq. Emek kitabçasını nece yazmaq lazımdır? Normal qaydada bir işçini işe alanda aldıqımız kimi mi yoxsa xüsusi bir forması ml var?

Şərh yazın

Xəbərlər