Bütün yeni işçilərə sınaq müddəti təyin edilməlidir?

Bütün yeni işçilərə sınaq müddəti təyin edilməlidir?

Sual: Praktikada sınaq müddətilə bağlı ziddiyyətli hallarla qarşılaşdığımdan bilmək istərdim: Sınaq müddəti nə qədər müddətə bağlanılır və kimlərə şamil olunur?

Cavab: Əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədi ilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Sınaq müddəti 3 aydan artıq olmamaq şərti ilə müəyyən edilir. Sınaq müddəti ilə bağlı ən maraqlı məqamlardan biri onun kimlərə şamil olunmasıdır. Əmək məcəlləsinin «Sınaq müddəti müəyyən edilməyən hallar» adlanan 52-ci maddəsində göstərilir:
Əmək müqaviləsi bağlanılarkən sınaq müddəti:
- Yaşı 18-dən az olan şəxslərə;
- Müsabiqə yolu ilə müvafiq vəzifəni tutanlara;
- Hamilə və üç yaşına çatmamış uşağı olan qadınlara, habelə üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərə;
- Təhsil müəssisələrini bitirdiyi ildə ixtisası (peşəsi) üzrə ilk dəfə işə götürülən şəxslərə;
- Ödənişli seçkili vəzifəyə seçilmiş şəxslərə;
- İki ay müddətinədək əmək müqaviləsi bağlanılan şəxslərə;
- Tərəflərin razılığı ilə müəyyən edilən digər hallarda

 

SATIŞDA OLAN NƏŞRLƏRİMİZ

0 Komment

    Şərh yazın

    Xəbərlər