Asan imzanı işəgötürənin yerinə kimsə ala və məlumatları daxil edə bilər?

Asan imzanı işəgötürənin yerinə kimsə ala və məlumatları daxil edə bilər?

Sual: Əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminə daxil olmaq üçün işəğötürənin Elektron imza və ya Asan imza alması üçün xidmət mərkəzlərində şəxsən iştirakı mütləqdir?

Cavab: İşəgötürənin verdiyi notarial qaydada təsdiq olunmuş etibarnamə əsasında işçi rəhbər şəxsin adına Asan imza ala bilər. Bundan əlavə, məlumatların işəgötürənin nümayəndəsi (kadrlar üzrə məsul şəxs, mühasib və s.) tərəfindən daxil edilməsi üçün həmin şəxsin adına Asan imza alınmalıdır. Öncə işəgötürən sistemə daxil olaraq, "Əmək müqaviləsi bildirişlərinin daxil edilməsi üçün səlahiyyətlərin verilməsi" bölməsinə daxil olur. Açılan pəncərədə qeydiyyatdan keçərək səlahiyyətli nümayəndənin məlumatlarını, həmçinin etibarnamənin müddətli və ya müddətsiz olduğunu qeyd edir.

 

SATIŞDA OLAN NƏŞRLƏRİMİZ

0 Komment

    Şərh yazın

    Xəbərlər