Uşağa qulluğa görə müavinətin məbləği nə qədərdir?

Uşağa qulluğa görə müavinətin məbləği nə qədərdir?

Sual: Uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən müavinətin məbləği nə qədərdir ?

Cavab: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 fevral 2018-ci il tarixli sərəncamı ilə uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən müavinətin məbləği 2018-ci il martın 1-dən 10 faiz artırılıb. Qeyd edək ki, Prezidentin öncəki sərəncamı ilə 01 fevral 2016-ci ildən bir yaş yarımadək uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən aylıq müavinətin məbləği 40 manat, bir yaş yarımdan üç yaşınadək uşağa qulluğa görə isə həmin müavinətin məbləği 25 manat miqdarında təyin edilmişdi. Son sərəncamdakı artımı nəzərə alsaq, 01 mart 2018-ci il tarixindən etibarən, bir yaş yarımadək uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən aylıq müavinətin məbləği 44 manat, bir yaş yarımdan üç yaşınadək uşağa qulluğa görə isə həmin müavinətin məbləği 28 manat miqdarında təyin olundu.

 

SATIŞDA OLAN NƏŞRLƏRİMİZ

2 Komment

  1. Zəhra 22 İyun 2018

    Salam birdıfılik muavinat hansı müddətə kimi alına bilər?

  2. Nona 02 Avqust 2022

    Salam 3 yasha geder usaglara gulug muavinet nece verilir ve kime ayiddi ??men ishlemirem mene dushur yoxsa ishleyen canimlara dushur

Şərh yazın

Xəbərlər