Əlavə məzuniyyətə görə kompensasiya verilir?
Sual: Son haqq-hesab zamanı İstifadə edilməmiş məzuniyyət üçün verilən kompensasiyada nələr nəzərə alınmır?
Cavab: Əmək Məcəlləsinin 144-cü maddəsinin 3-cü bəndinə əsasən, əmək münasibətlərinə xitam verilərkən Əmək Məcəllənin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə görə pul əvəzi verilmir. Əmək Məcəlləsinin 115 və 116-ci maddəsinda nəzərdə tutulan əlavə məzuniyyətlər əmək şəraitinə, əmək funksiyasının xüsusiyyətlərinə və əmək stajına görə olan əlavələrdir.
SATIŞDA OLAN NƏŞRLƏRİMİZ
1 Komment
Vüqar 22 İyun 2018
2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Xahiş edirəm burdakı ƏMƏK MƏZUNİYYƏTİ sözünə şərh verəsiniz. Məcəlləyə əsasən bu belədir.. Maddə 112. Məzuniyyətin növləri 1. İşçilərin məzuniyyət hüququ aşağıdakı məzuniyyət növləri ilə təmin edilir: a) əsas və əlavə məzuniyyətlərdən ibarət olan əmək məzuniyyəti;
Şərh yazın