Əlavə iş vaxtında əmək haqqının hesablanması qaydası: MİSAL

Əlavə iş vaxtında əmək haqqının hesablanması qaydası: MİSAL

Sual: Misal üzərindən əlavə iş saatına görə əmək haqqının hesablanması qaydasını izah etsəydiniz, Sizə çox minnətdar olardım.

Cavab: Tutaq ki, işçinin aylıq əmək haqqı 260 manatdır və dekabr ayının 31-i işəgötürən işçinin razılığı ilə onu işə cəlb edib. Nəzərə alaq ki, həmin ayda 26 iş günü var. İşçi ilə bağlanılmış əmək müqaviləsində göstərilib ki, belə hallarda həmin günün əmək haqqı ikiqat norma ilə ödənilsin. Bu zaman işçinin aylıq əmək haqqı belə hesablanılır: İşçi 26 iş gününə görə 260 manat əmək haqqı almalıdır. Bayram gününə görə isə 20 manat (260 manat/26 işgününə x 2) əlavə əmək haqqı hesablandığından onun dekabr ayında alacağı cəmi əmək haqqı 280 manat (260 + 20) təşkil edir. Yaxud, bayram günün dəyişilməsinə görə işçiyə əlavə əmək haqqı hesablanmır, işəgötürənlə işçi razılaşırlar ki, növbəti ilin yanvar ayında həftənin istənilən iş günü işçi istirahət edəcək. Bir gün istirahət etməsinə baxmayaraq yanvar ayında da işçi 260 manat əmək haqqı alacaq. İstirahət etdiyi günün əmək haqqı hesablanacaq.

 

SATIŞDA OLAN NƏŞRLƏRİMİZ

0 Komment

    Şərh yazın

    Xəbərlər