Əmək qabiliyyətini itirən fiziki şəxsin müavinəti necə hesablanır?

Əmək qabiliyyətini itirən fiziki şəxsin müavinəti necə hesablanır?

Sual : Bilmək istərdik ki, sahibkarlıqla məşğul olan fiziki şəxs əmək qabiliyyətini itirdikdə, ona müavinət hesablanlırmı? Əgər hesablanılırsa, bu hansı qaydada həyata keçirilir?

Cavab: Sosial sığorta qanunvericiliyi ilə məcburi dövlət sosial sığorta haqqını fərqli qaydada (ölkə üzrə müəyyən edilmiş minimum aylıq əmək haqqına nisbətdə, gəlirlərinə (əmək haqqı istisna olmaqla) və ya qonorara nisbətdə) ödəyən və iş vaxtının uçota alınması mümkün olmayan şəxslərə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət hesablanarkən qazanc kimi onların qanunvericiliklə müəyyən edilmiş məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri (minimum aylıq əmək haqqı, qonorar və s.) əsas götürülür. Bu zaman vəkilin, xüsusi notariusun, sərbəst auditorun və sərbəst mühasibin müavinətin hesablanması üçün götürülən orta gündəlik qazancı səlahiyyətli orqanın (Dövlət Statistika Komitəsi) məlumatı üzrə əvvəlki ildə respublikanın regionları üzrə bir işçiyə hesablanmış orta aylıq əmək haqqı əsasında müəyyən edilmiş orta gündəlik qazancın məbləğindən artıq olmamalıdır.

 

SATIŞDA OLAN NƏŞRLƏRİMİZ

 

0 Komment

    Şərh yazın

    Xəbərlər