İşçi öz arzusu ilə işdən çıxarsa, ona müavinət verilir?

İşçi öz arzusu ilə işdən çıxarsa, ona müavinət verilir?

Sual : İşçinin öz ərizəsilə işdən çıxması halları Əmək Məcəlləsinə əsasən necə tənzimlənir?

Cavab: Əmək Məcəlləsinin «Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası» adlanan 69-cu maddəsində işçinin öz təşəbbüsü ilə aşağıdakı hallarda işdən çıxa bilməsi qeyd olunub:
• İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə;
• İşçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda .

1-ci halda ərizə daxil olduqdan 1 ay sonra işəgötürən işçini müvafiq əmr ilə işdən azad etməsə, artıq işəgötürənin hərəkətləri qeyri-qanuni hesab edilir (Təbii ki, işçi haqqında hər hansı bir cinayət işi açılmayıbsa, cinayət araşdırması aparılmırsa, məhkəmə işi getmirsə).
2-ci halda isə işçinin işdən çıxma səbəbini təsdiq edən sənədləri işəgötürənə təqdim etməsi məqsədəuyğundur.
Qeyd edilən hər iki hal üzrə işçiyə əmək müqaviləsinin xitamı ilə bağlı hər hansı müavinət ödənilmir.

 

SATIŞDA OLAN NƏŞRLƏRİMİZ

5 Komment

  1. terane 19 May 2019

    her hansi bir isci öz isteyi ile isden azad edulme erizesini yazirsa isden cixarilirsa hemin iscini yeniden ise qebul etmek nece olmalidir

  2. Shaadat 25 Yanvar 2020

    Salam mən işdən məzuniyyət götürüb rusiyaya gəlmişəm işnən əlaqədər olaraq. gəlməmişdən qabaq çıxış ərizəsi almışam.burda işim alınıb azərbaycana qayıtmaq istəmərim məzuniyyət bitənnən 10 gün sora ərizəni göndərmişəm iş yerinə regionun filalına mən regionun filialında işləyirdim amma region ərizəni qəbul etmir deyir özü burda olmalıdır mən çıxartsalar sitatiya düşürmü əyər düşürsə hansı maddəyə əsasən düşür belədə hələki çıxartmırlar deyir özü burda olmalıdır

  3. Ulviyye 02 İyun 2020

    salam. eger isci oz erizesi ile isten ayrilirsa ve hemin il mezuniyyetinden istifade etmeyibse mezuniyyet pulu ona odenilirmi?

  4. Tahmazova sefeq 15 Dekabr 2020

    Kanpisiya nece hallarda verilir?mezuniyyet puli ne qeder olur?

  5. Lalə 12 Avqust 2021

    Salam men 3 il islemisem emek hakkim 340 manat olub indi oz isdeyimle bir ay qabagcadan xeberdarlig etmisem ve mene isden cixis pulu vermediler .mene dusur cixis pulu?

Şərh yazın

Xəbərlər