Əmək qabiliyyətini itirməyə görə müavinət necə hesablanır?

Əmək qabiliyyətini itirməyə görə müavinət necə hesablanır?

Sual: Əmək qabiliyyətinin itirilməsinə görə müavinət hesablanmasında nələrə diqqət yetirməlidir? Müavinət məbləğinin hesablanması qaydası necədir?

Cavab: Müavinətin məbləği işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayındakı qazancın məbləğindən asılı olaraq müəyyənləşdirilir. Bu zaman bir iş gününə düşən orta gündəlik qazanc işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayı ərzində əldə etdiyi qazancın həmin dövrdəki iş günlərinin sayına bölünməklə tapılır. Müavinətin ümumi məbləği, gündəlik müavinətin məbləğinin əmək qabiliyyətinin müvəqqəti itirilməsi nəticəsində buraxılmış iş günlərinin sayına vurulması yolu ilə tapılır. Nazirlər Kabinetinin müvafiq əsasnaməsinə əsasən (bax: səh. 275) əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim gününə düşən iş günləri üçün müavinət sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir.

 

SATIŞDA OLAN NƏŞRLƏRİMİZ

0 Komment

    Şərh yazın

    Xəbərlər