Əmək müqaviləsi üzrə əlavə təminatın açıqlaması

Əmək müqaviləsi üzrə əlavə təminatın açıqlaması

Mks.az saytının eksperti, sərbəst auditor Altay Cəfərovun təqdimatında

 Sual: Salam. Bir daha narahat edirəm. Sizin kitabı oxuyuram. Yenədə bir sualım yarandı və mən onu başa düşmədim. Maddə 111in 2-ci hissəsi. Əmək müqaviləsi habelə kollektiv müqavilələrdə məzuniyyətdə olan işçilər üçün əlavə təminatların verilməsi nəzərdə tutulur. Baxın bunu anlamadım mütəxəsisləriniz bunun ətraflı açıqlamasını verə bilərmi. Əlavə təminat nədir yəni.

Əhməd

Cavab 7: Maraqlı məsələdir. Əmək Məcəlləsində uyğun maddə var. Adətən praktikada, Azərbaycanda belə təminatların verilməsinə rast gəlməmişəm. Beynəlxalq praktika əmək məzuniyyəti işçinin iş qabiliyyətinin, əmək qabiliyyətinin, sağlamlığın bərpa olunması kimi qiymətləndirildiyindən, işəgötürən işçinin məzuniyyətdən tam əmək qabiliyyətində, yaxşı formada qayıtması üçün bu müddətdə onu istirahət məkanlarına, əyləncə yerlərinə göndərir, digər sosial yonümlü tədbirlərdə iştirakını təmin edir. Əlbəttə ki, bunların ödənişi işəgötürən tərəfindən həyata keçirilir. Qeyd olunan analoji hallar kimi təminatlar Əmək Məcəlləsində nəzərdə tutulur.

 SATIŞDA OLAN NƏŞRLƏRİMİZ

0 Komment

    Şərh yazın

    Xəbərlər