Məzuniyyətdə olan işçinin digər əmək funksiyası üzrə işə çəlb edilməsi

Məzuniyyətdə olan işçinin digər əmək funksiyası üzrə işə çəlb edilməsi

Mks.az saytının eksperti, sərbəst auditor Altay Cəfərovun təqdimatında

Sual:Ştatda olan işçini məzuniyyətə çıxardıb, ona başqa iş həvalə etmək olar? Məsələn, o texnik kimi maaş alır amma məzuniyyətə çıxardıb müqavilə ilə taxıl bicinə cəlb etmək mümkündür?
Leyla xanım

Cavab: Belə bur addımın atılması düzgün deyil. Daha doğrusu, işçinin hüquqlarının pozulmasıdır. Əmək məzuniyyətinin açıqlaması belədir.

Maddə 113. Əmək məzuniyyəti və onun verildiyi iş ili

1. Əmək məzuniyyəti — işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi, müddəti bu Məcəllədə nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır. Əmək məzuniyyətinin müddəti təqvim günü ilə hesablanır.

Demək, əmək məzuniyyətində olan işçi istirahət etməlidir.

0 Komment

    Şərh yazın

    Xəbərlər