Əmək haqqından icra orqanına tutulması necə tənzimlənməlidir?

Əmək haqqından icra orqanına tutulması necə tənzimlənməlidir?

Mks.az saytının eksperti, sərbəst auditor Altay Cəfərovun təqdimatında

Sual: İşçi cari ilin may ayına görə 700 azn avans məzuniyyət pulu alıb, məzuniyyətdən qayıdanda barəsində maaşdan 50% tutulması üçün icra hökmü daxil olub. Məzuniyyətdən başqa may ayında işlədiyi bir neçə gün üçün işçiyə əlavə 300 azn ödənilməlidir. Belə olan halda tutqu məbləği neçə təşkil etməlidir (500, 300, ya 150)? Cavabınız üçün əvvəlcədən təşəkkürlər!
Xalid Zalov

Cavab: Adətən, icra sənədlərində tutulmalar işçinin aylıq əmək haqqından və ya aylıq qazancından tutulsun şəklində yazılır. Bundan əlavə, icra sənədlərinin təsnifatına da baxmaq lazımdır. Bəzi hallarda icra sənədlərində konkret tutulası məbləğ yazılır. Həmçinin, icra sənədi müəssisəyə rəsmi daxil olandan sonra icra olunur. Amma bəzi hallarda icra sənədi gec daxil olur, amma məhkəmənin hökmünə uyğun olaraq tutulmaların tez icra olunması olunması bildirilir. Bütün hallarda icra sənədinin təsnifatına dəqiq baxılsa, daha yaxşı olar.
Sizin açıqlamadan belə başa düşmək olur ki, icra sənədi məzuniyyətdən qayıdandan sonra daxil olub və güman olunur ki, onun icrası həmin tarixdən sonra olacaq. Yəni, may ayının sonunda qalan əmək haqqıdan - 300 manatdan tutulmalar olacaq. Sonda bir daha bildiririk ki, icra sənədinə diqqətlə baxıb, sonra qərar vermək doğru olardı.

Satışda olan nəşrlərimiz:

1) Altay Cəfərovun müəllifi olduğu Əmək Münasibətləri: A-dan Z-yə kitabı

“Əmək münasibətləri A-dan Z-yə 2018” kitabının yeni, 6-cı təkmilləşdirilmiş nəşri çapdan çıxıb. İnsan resursları (HR) üzrə mütəxəssislər və mühasiblər üçün nəzərdə tutulan nəşrdə 15 fevral 2018-ci il tarixinədək Əmək Məcəlləsində edilən dəyişikliklər və əlavələr, eyni zamanda əmək münasibətlərini tənzimləyən bütün normativ-hüquqi aktların yeni tələbləri nəzərə alınıb.  Nəşrə 3 yeni fəsil əlavə olunub. 

Əmək Məcəlləsinin 77-ci maddəsinə edilən əlavə və dəyişikliklər misallarla izah olunub, işçilərin sayının azaldılması və ya ixtisarı məqsədilə əmək müqavilələrinə xitam verilməsi zamanı işçilərə iş stajlarına uyğun müavinətlərin ödənilməsinin rəsmiləşdirilməsilə bağlı xəbərdarlıq (bildiriş), əmr və ərizə nümunələri verilib.

2)  Əmək qanunvericiliyi və şərhlər toplusu – 2018

15 may 2018-ci il tarixinə olan dəyişikliklərlə 64 normativ hüquqi akt (Əmək Məcəlləsi, qanunlar, fərmanlar, NK və KM qərarları, qaydalar, sərəncamlar və s.),

8 MÖVZUDA ŞƏRHLƏR

 (əmək müqaviləsinin qeydiyyatı, xitamı, əmək kitabçası, sığorta şəhadətnaməsı, əmək haqqı, məzuniyyət, kompensasiya, müavinət  və sosial məzuniyyət hesablamaları, yoxlamalar, güzəştlər, cərimələr və s.)

Xüsusi axtarış rejimli CD disk və ünvana çatdırılma

 3) Vergi Qanunvericiliyi: Rəsmi Sənədlər və Şərhlər Toplusu

 “Vergi qanunvericiliyi: rəsmi sənədlər və şərhlər toplusu – 2018” adlanan kitab şərti olaraq 2 hissədən ibarətdir: rəsmi sənədlər və şərhlər.
Yeni nəşrin birinci hissəsində ən son dəyişiklik və əlavələr nəzərə alınmaqla vergi münasibətlərini tənzimləyən normativ hüquqi aktlar (Vergi Məcəlləsi, Nazirlər Kabinetinin qərarları, Prezidentin fərman və sərəncamları, Vergilər Nazirliyinin normativ aktları) yerləşdirilib. Kitabın 8 fəsildən ibarət ikinci hissəsi isə vergi, mühasibatlıq məsələlərinin şərhinə həsr olunub. Bu fəsillərdə Elektron qaimə-faktura, Nağdsız hesablaşmalar, Təsisçidən borc, Gəlirdən çıxılan xərclər, Ezamiyyə, Amortizasiya ayırmaları, Təxirə salınmış vergi öhdəliyi, Elektron ticarət, Gəlir vergisi, Sabit vergi və digər mövzularda şərhlər, açıqlamalar və bu sahəyə nəzarəti həyata keçirən dövlət qurumunun rəsmi mövqeyi yerləşdirilib.

4) Altay Cəfərovun müəllifi olduğu MÜHASİBAT UÇOTU 2018 YENİDƏN İŞLƏNİLMİŞ IV NƏŞR

Mühasiblərin stolüstü kitabı:  - Standartların sadə dildə izahı, 1000-dən çox müqayisəli müxabirləşmə

- Maliyyə hesabatlarının Dövriyyə cədvəli və hesabların təhlili əsasında nümunəvi doldurulması
- Mənfəət vergisi bəyannaməsinin tərtibi
- “Mühasibat uçotu haqqında” qanuna son dəyişikliklər layihəsinin şərhi

Sifariş: (050) 368 12 72, (012) 564 86 85, [email protected]

 
 
 

1 Komment

  1. Cosqun 04 Oktyabr 2021

    Salam. Mehkeme qərarı qurtardıqdan sonra ishciden sehven tutulmuş mebleqi nece bankdan geri qaytarmaq olar. Önceden teshekkurler

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər