Əksər HR-ların məzuniyyətlə bağlı yalnış tətbiq etdiyi məsələnin düzgün həlli

Əksər HR-ların məzuniyyətlə bağlı yalnış tətbiq etdiyi məsələnin düzgün həlli

Mks.az saytının eksperti, sərbəst auditor Altay Cəfərovun təqdimatında

Sual: Salam, işçinin ötən iş ilindən 8 gün əsas, 2 gün əlavə məzuniyyəti var. İşçi cari iş ilində 15 günlük məzuniyyət hüququndan istifadə etmək istəyir. HR departmentdindən bildirirlər ki, bu 15 günün 8 günün keçmiş 7 günü cari əsas məzuniyyətdən istifadə kimi rəsmiləşdiriləcək. 2 gün əlavə məzuniyyət istifadə olunmasına icazə yoxdur. Zəhmət olmasa, açıqlama verərdiniz ki, 15 günlük məzuniyyət zamanı 2 günlük əlavə məzuniyyətdən istifadə etmək olar?
Turan

Cavab:  Bu məsələyə aydınlıq gətirmək üçün Əmək Məcəlləsinə baxmalıyıq.

Maddə 112. Məzuniyyətin növləri

  1. İşçilərin məzuniyyət hüququ aşağıdakı məzuniyyət növləri ilə təmin edilir:
  2. a) əsas və əlavə məzuniyyətlərdən ibarət olan əmək məzuniyyəti;

Maddə 134. Əmək məzuniyyətinin başqa vaxta keçirilməsi şərtləri və qaydası

Tərəflərin qarşılıqlı razılığı ilə əmək məzuniyyətinin istifadə edilməyən hissəsi növbəti iş ili üçün verilən əmək məzuniyyəti ilə birləşdirilə bilər.

Maddələrdən aydın olur ki, əmək məzuniyyəti iki hissədən ibarətdir, əsas və əlavə məzuniyyət. 134-cü maddədən göründüyü kimi, əmək məzuniyyətinin istifadə olunmamış hissəsi növbəti ilin məzuniyyəti ilə birləşdirilə bilər. Maddədə yazılmayıb ki, əsas məzuniyyət birləşdirililə bilər və ya əlavə məzuniyyət birləşdirilə bilməz. Odur ki, yanaşma düzgün deyil, bütün hallarda hər ikisi (8 gün və 2 gün) verilməlidir.

Satışda olan nəşrlərimiz:  

1) Altay Cəfərovun müəllifi olduğu Əmək Münasibətləri: A-dan Z-yə kitabı

“Əmək münasibətləri A-dan Z-yə 2018” kitabının yeni, 6-cı təkmilləşdirilmiş nəşri çapdan çıxıb. İnsan resursları (HR) üzrə mütəxəssislər və mühasiblər üçün nəzərdə tutulan nəşrdə 15 fevral 2018-ci il tarixinədək Əmək Məcəlləsində edilən dəyişikliklər və əlavələr, eyni zamanda əmək münasibətlərini tənzimləyən bütün normativ-hüquqi aktların yeni tələbləri nəzərə alınıb.  Nəşrə 3 yeni fəsil əlavə olunub. 
Əmək Məcəlləsinin 77-ci maddəsinə edilən əlavə və dəyişikliklər misallarla izah olunub, işçilərin sayının azaldılması və ya ixtisarı məqsədilə əmək müqavilələrinə xitam verilməsi zamanı işçilərə iş stajlarına uyğun müavinətlərin ödənilməsinin rəsmiləşdirilməsilə bağlı xəbərdarlıq (bildiriş), əmr və ərizə nümunələri verilib.

2)  Əmək qanunvericiliyi və şərhlər toplusu – 2018

15 may 2018-ci il tarixinə olan dəyişikliklərlə 64 normativ hüquqi akt (Əmək Məcəlləsi, qanunlar, fərmanlar, NK və KM qərarları, qaydalar, sərəncamlar və s.),

8 MÖVZUDA ŞƏRHLƏR

 (əmək müqaviləsinin qeydiyyatı, xitamı, əmək kitabçası, sığorta şəhadətnaməsı, əmək haqqı, məzuniyyət, kompensasiya, müavinət  və sosial məzuniyyət hesablamaları, yoxlamalar, güzəştlər, cərimələr və s.)

Xüsusi axtarış rejimli CD disk və ünvana çatdırılma

 

3) Vergi Qanunvericiliyi: Rəsmi Sənədlər və Şərhlər Toplusu

 
“Vergi qanunvericiliyi: rəsmi sənədlər və şərhlər toplusu – 2018” adlanan kitab şərti olaraq 2 hissədən ibarətdir: rəsmi sənədlər və şərhlər.
Yeni nəşrin birinci hissəsində ən son dəyişiklik və əlavələr nəzərə alınmaqla vergi münasibətlərini tənzimləyən normativ hüquqi aktlar (Vergi Məcəlləsi, Nazirlər Kabinetinin qərarları, Prezidentin fərman və sərəncamları, Vergilər Nazirliyinin normativ aktları) yerləşdirilib. Kitabın 8 fəsildən ibarət ikinci hissəsi isə vergi, mühasibatlıq məsələlərinin şərhinə həsr olunub. Bu fəsillərdə Elektron qaimə-faktura, Nağdsız hesablaşmalar, Təsisçidən borc, Gəlirdən çıxılan xərclər, Ezamiyyə, Amortizasiya ayırmaları, Təxirə salınmış vergi öhdəliyi, Elektron ticarət, Gəlir vergisi, Sabit vergi və digər mövzularda şərhlər, açıqlamalar və bu sahəyə nəzarəti həyata keçirən dövlət qurumunun rəsmi mövqeyi yerləşdirilib.

4) Altay Cəfərovun müəllifi olduğu MÜHASİBAT UÇOTU 2018 YENİDƏN İŞLƏNİLMİŞ IV NƏŞR

Mühasiblərin stolüstü kitabı:  - Standartların sadə dildə izahı, 1000-dən çox müqayisəli müxabirləşmə

- Maliyyə hesabatlarının Dövriyyə cədvəli və hesabların təhlili əsasında nümunəvi doldurulması
- Mənfəət vergisi bəyannaməsinin tərtibi
- “Mühasibat uçotu haqqında” qanuna son dəyişikliklər layihəsinin şərhi

Sifariş: (050) 368 12 72, (012) 564 86 85, [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər