10 günlük sınaq müddəti?!
Mks.az saytının eksperti Günel Səlimovanın təqdimatında
Sual: Əmək Məcəlləsində yazılır ki, sınaq müddəti 3 aydan artiq olmamalıdır, bəs minumum həddi var bunun, 1 aylıq, ya da 10 günlük sınaq muddəti baglamaq olar?
Aida xanım
Cavab: Azərbaycan Respublikasi Əmək Məcəlləsinin 51-ci maddəsində bildirilir:
- Əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədi ilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Sınaq müddəti 3 aydan artıq olmamaq şərti ilə müəyyən edilir.
Göründüyü kimi, Məcəllədə minimum müddət təyin edilməyib. Müddətin yuxarı həddi isə maksimum 3 ay ola bilər. Sizin isçiyə, sualda dediyiniz kimi 10 gun sınaq müddəti təyin etməyinizə qanunvericilik məhdudiyyət qoymur. Ancaq sınaq müddəti ağlabatan və əsaslandırılmış olmalıdır. Bunu nəzərə almağınızı tövsiyə edirəm.
0 Komment
Şərh yazın