Hamiləliyə görə müavinətin hesablanmasında CİDDİ MƏQAM

Hamiləliyə görə müavinətin hesablanmasında CİDDİ MƏQAM

Sual: İşçi işə başladığı il 6 ay müddətindən tez analıq vəziyyətinə görə məzuniyyətə çıxarsa, ona məzuniyyət pulu ödənilirmi? Ödənilirsə, bu, necə olmalıdır?

Cavab: Analıq məzuniyyətinin ödənilməsində vacib məsələ işçinin 6 ay sosial sığorta stajının olmasıdır. Ola bilsin ki, həmin işçi əvvəllər başqa yerdə işləmişdir və onun 6 aydan çox sosial sığorta stajı var. Əgər belədirsə, onda həmin işçinin sonuncu iş yerində neçə müddət işləməsindən asılı olmayaraq ona analıq məzuniyyəti düşür.Yəni, əsas tələb işçinin bir iş yerində deyil, ümumiyyətlə, 6 ay sosial sığorta stajının olmasıdır.

"Əmək Münasibətləri: A-dan Z-yə" SATIŞDA

“Əmək münasibətləri A-dan Z-yə 2018” kitabının yeni, 6-cı təkmilləşdirilmiş nəşri çapdan çıxıb. İnsan resursları (HR) üzrə mütəxəssislər və mühasiblər üçün nəzərdə tutulan nəşrdə 15 fevral 2018-ci il tarixinədək Əmək Məcəlləsində edilən dəyişikliklər və əlavələr, eyni zamanda əmək münasibətlərini tənzimləyən bütün normativ-hüquqi aktların yeni tələbləri nəzərə alınıb.  Nəşrə 3 yeni fəsil əlavə olunub. 
Əmək Məcəlləsinin 77-ci maddəsinə edilən əlavə və dəyişikliklər misallarla izah olunub, işçilərin sayının azaldılması və ya ixtisarı məqsədilə əmək müqavilələrinə xitam verilməsi zamanı işçilərə iş stajlarına uyğun müavinətlərin ödənilməsinin rəsmiləşdirilməsilə bağlı xəbərdarlıq (bildiriş), əmr və ərizə nümunələri verilib.

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

 
 
 

0 Komment

    Şərh yazın

    Xəbərlər