Təhsil məzuniyyətilə bağlı maraqlı sualın cavabı

Təhsil məzuniyyətilə bağlı maraqlı sualın cavabı

Mks.az saytının eksperti, sərbəst auditor Altay Cəfərovun təqdimatında

Sual: Salam, hər vaxtınız xeyirli olsun!

İşçi təhsil məzuniyyətinə çıxır, təhsil müəssisəsi Türkiyədə yerləşir, universitet 6 günlük arayış verir, lakin real olaraq 6 günə gedib gəlmək olmur, yolda keçən vaxt və s. üst-üstə 10 gün çəkir. İşçi ərizə ilə 10 günlük ödənişli təhsil məzuniyyətinə çıxmaq üçün müraciət edir. İşəgötürən belə olan halda işçiyə 10 günlük ödənişli təhsil məzuniyyəti verə bilər, yoxsa yox? Sual 2. İşlərin çoxluğu və digər səbəblərdən işçini plandankənar, qeyri-iş günləri işə çağırmaq zərurəti yaranır. Bu da öz növbəsində əmək şəraitinin şərtlərinin dəyişdirilməsi hesab olunur. Praktiki olaraq işçiyə 1 ay əvvəlcədən xəbərdarlıq etmək mümkün deyil. Bu hal necə tənzimlənməlidir ki, gələcəkdə hər hansı bir sanksiya ilə üz-üzə gəlməyək.

Ramin Hacı

Cavab: Qeyd edək ki, bu məsələ Əmək Məcəlləsinin 124-cü maddəsi ilə tənzimlənir. Həmin maddədə təhsil məzuniyyətlərinin konkret müddəti yazılıb. Həmin maddənin arayışla bağlı hissəsinə bir daha nəzər yetirək.

 Maddə 124. Təhsil məzuniyyətlərinin müddətləri

.......................

  1. Bu maddədə nəzərdə tutulmuş məzuniyyətlərdən təhsil proqramları ilə müəyyən edilən dövrlərdə, təhsil müəssisəsinin verdiyi arayış əsasında istifadə oluna bilər.

 Qeyd etdiyiniz kimi müvafiq arayışlar əsasında təhsil məzuniyyətindən istifadə oluna bilər. Əlbəttə ki, bu zamanı təhsil müəssisənin arayışı əsas götürüləcək. Bundan əlavə, məzuniyyət müddəti də 124-cü maddədə qeyd olunan müddətlərdən çox olmamalıdır. Sizin sualda qeyd olunan 6 gün, 10 gün müddətləri 124-cü maddətə göstərilən müddətlərdən çox  aşağıdır. Əlbəttə ki, 6 günlük arayış və işçinin 10 gün üçün əsaslandırılmış izahatı ona 10 gün ödənişli təhsil məzuniyyətinin verilməsinə əsas hesab edilə bilər. Yaxşı olar ki, rəsmiləşdirmə zamanı gediş-gəliş sənədlərinin surətləri də təqdim olunsun.

1 Komment

  1. Şəbnəm 06 Aprel 2021

    işçi tehsil mezuniyyetine çıxır. fevral ayı 350 emek haqqı, martda mükafatlarla birlikde 1050 mmanat, mükafatsiz 350 emek haqqı alır. fevral ayı 20 gün, mart ayı 16 iş günü var. aprel ayında 21 günlük sessiya zamanı işçiye ne qeder ödeniş edilmelidir? mezuniyyet pulu hesablanarken mükafati nezere ala bilerler mi?

Şərh yazın

Xəbərlər