İşçi işdən icazə alanda, rəsmiləşdirmə və əməkhaqqı...

İşçi işdən icazə alanda, rəsmiləşdirmə və əməkhaqqı...

Mks.az saytının eksperti, sərbəst auditor Altay Cəfərovun təqdimatında

Sual: İşəgötürən əsas məzuniyyətdən başqa işçiyə şirkət hesabına gündəlik icazə verməlidirmi? Verməlidirsə, bu nə qədər olmalı və necə tənzimlənməlidir?

Orxan Haqverdiyev 

Cavab: Əmək Məcəlləsində belə bir icazə formasına rast gəlinmir. Praktikada isə işəgötürən işçiyə üzürlü səbəb kimi müəyyən vaxtda icazə verir. Bu icazə 1 gün, 2 gün, 3 gün və və yaxud 1 neçə saatlıq ola bilər. Belə hallara üçün Məcəllədə məhdudiyyətə rast gəlinmir. İşçiyə işdə olmadığı müddətdə əmək haqqının hesablanılıb-hesablanılmaması isə işəgötürənin qərarından asılıdır. Bu halı rəsmiləşdirmək üçün yaxşı olardı ki, işçi səbəbini göstərməklə ərizə ilə müraciət etsin, işəgötürən əmr versin. Əmrdə səbəb əks göstərilməli və işçinin əmək haqqının saxlanılıb-saxlanılmaması qeyd olunmalıdır.

0 Komment

    Şərh yazın

    Xəbərlər