Ardıcıllıq necə olmalıdır: töhmət, şiddətli töhmət, işdən azad etmə, yoxsa?..

Ardıcıllıq necə olmalıdır: töhmət, şiddətli töhmət, işdən azad etmə, yoxsa?..

Mks.az saytının eksperti Günel Səlimovadan aktual suala maraqlı cavab

Sual: İşçiyə birinci dəfədən şiddətli töhmət vermək olar?
Aliyə Qurbanlı
Cavab:Sualınıza cavab vermək üçün əvvəlcə Əmək Məcəlləsindən müvafiq çıxarışa diqqət yetirək.


Maddə 186. Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri

2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər:
a) töhmət vermək;
b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək;
c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtiilə cərimə etmək;
ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.

Bəzi həmkarlarımız Əmək Məcəlləsinin 186-ci maddədəki qeyd edilən bəndləri ardıcılıq kimi qəbul etdiklərindən düşünürlərki, şiddətli töhmət verməmişdən öncə mütləq töhmət verilməlidir.Bildirmək istəyirik ki, bu cür yanaşma doğru deyil.İşə götürən işçinin törətdiyi xətanın dərəcəsinə uyğun olaraq, nəiniki birbaşa şiddətli töhmət vermək, hətta işdən çıxarmaq hüququna malikdir.

1 Komment

  1. Ariz 09 Mart 2021

    İşçiyə töhmət verildikdə ona hansı müddətə mükafat verilə bilməz

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər