İşçi öz ərizəsi ilə işdən çıxdıqda, əmək kitabçasında hansı maddə qeyd olunmalıdır?

İşçi öz ərizəsi ilə işdən çıxdıqda, əmək kitabçasında hansı maddə qeyd olunmalıdır?

Sualı mks.az saytının eksperti Günel Səlimova cavablandırır

Sual: Salam. İşçi öz ərizəsinə əsasən, bir təqvim ayı öncədən xəbərdarlıq edilməklə işdən çıxıb. Əmək kitabçasına Əmək Məcəlləsinin 68.2 (a) yoxsa 69.1 maddəsini qeyd etməliyəm?

Əzizə Cavadova

Cavab: İlk öncə qeyd etdiyiniz maddələr üzrə Əmək Məcəlləsindən çıxarışlara baxaq:

Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları
...
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır:
a) tərəflərdən birinin təşəbbüsü;

Maddə 69. Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası
...
2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.

İndi isə sualınıza cavab olaraq bildiririk ki, qeyd etdiyiniz halda yəni işçinin öz ərizəsi ilə işdən çıxdıqda, əmək kitabcasında 68.2 (a) bəndi qeyd olunmalıdır. Cünki, Əmək Məcəlləsindən çıxarışdan göründüyü kimi, Əmək Məcələsinin 69- cü maddəsi isə ləğv olunmasi qaydalaridir. Əmək kitabçasına isə xitamın əsasını qeyd etməyimiz daha məqsədəuyğun olardı.

9 Komment

  1. Hafiz 16 İyun 2018

    Salam. 5 aydır işdən çıxıb, işlədiyi müddətdə sənəddə hər hansı səhvə görə maliyyə məsələsinin düzgün olmamasına görə məsuliyyət daşıya bilər?

  2. Günay 08 Oktyabr 2019

    Əmək məcəlləsinin 68 b səbəbiylə iştən cixan işci. işdən azad olmag ücün ərzə yazmalidirmi?

  3. Emil 31 Oktyabr 2019

    Salam Günel xanım men N saylı hərbi hissədə mülki vəzifədə işləyirəm 2 ay bundan qabaq işdən öz təşəbbüsümlə çıxdım indi hal hazırda təzədən isə qayıtdım mənim staja görə 10% im batır yoxsa qalır ? Öncədən təşəkkürlər.

  4. Musa 13 Noyabr 2019

    Salam 10 ay iw gunu olmaqla iwxen oz isteyimle coxmiwam indi mene ne qader polnu rawotvduwecek ve mezunyet pulu duwurmu

  5. Əfqan 28 Noyabr 2019

    Salam Mın hal hazırda işleyirem evimde xesdem var indi mene deyirlerki 1 ay önceden demelisen bize mende indi bu vacibdirde getmeliyem nece ede bilerem

  6. Eminova şebnem 31 İyul 2020

    Teqdımat yazılarken işçiiye ne vaxt xeberı olur ki tewdımat gonderılıb imzalanıb ya yox?ve bılmek isdeyıremki o teqdımatı görmeliyem ya yox ?

  7. Nezrin 01 Dekabr 2020

    Salam.isden cixmaq ucun erize yazildigi tarixden quvvede olur?.Yeni hemin tarixden ise getmemek olar?

  8. Aygun 03 İyul 2021

    Salam.İşdən çıxmaq üçün ərizə yazıb təhvil verdim və daha sonra fikrimdən daşınıb ləğv olunmasını istədim. Bu ərizə qəbul olunurmu?

  9. Sarvan 07 Dekabr 2022

    Salam 2010 cu ildede eynı bu şekilde yazılırdı işden çıxanda 68 a yoxsa başqacür məlumat verdız zrhmet oımasa

Şərh yazın

Xəbərlər