DİQQƏT! Əmək Məcəlləsi yoxsa Qanun üstündür?

DİQQƏT! Əmək Məcəlləsi yoxsa Qanun üstündür?

Suali mks.az saytının eksperti, sərbəst auditor Altay Cəfərov cavablandırır

Salam. Əmanətlərin Siğortalanması Fondu ilə problemimiz yaranıb. Bildiyiniz kimi, “Dəmirbank” ASC-nin lisenzasiya alınıb və ləğvetmə prosesindədir. İşçiləri də Əmək Məcələsinin 70 (b) bəndi ilə ixtisar ediləb Əmək

Məcəlləsinin 77-ci maddəsinə əsasən, ixtisarla bağlı ödənişləri həyata keçiriblər. Amma məzuniyyət haqlarını ödəməli olduğu halda, bununla bağlı hesablaşma olmadı. Baxmayaraq ki, Əmək Məcəlləsi 144-cü maddəsinə uyğun tam ödənilməlidir. Fonddan isə bildirirlər ki, “Banklar haqqinda” Qanunun 82.1.5-ci maddəsinə əsasən, son 6 aya görə 15 gün ödənilməldir və bu ziddiyətdən istifadə edirlər.

Zəhmət olmasa, bu barədə fikrinizi bildirərdiniz.

Ceyhun Əfəndiyev

Cavab: Çox düzgün və haqlı bir tələbdir.Belə ki, əmək məzuniyyətinin istifadə olunmamasına görə kompensasiya veriıməlidir.Yəni bu Əmək Məcəlləsinin tələblərindəndir. Amma məsələyə həmçinin bir az başqa formada yanaşaq. Banklar haqqında qanunun 82-ci maddəsi bildiyiniz kimi ödənişlərin növbəliliyidir.Və həmin maddədə də sizin qeyd etdiyiniz kimi 6 ay məsələdir, yəni altı ay ərzində yaranan müavinatlar ödənilməlidir. Həmin maddədə başqa bir müavinatların, təminatların, kompensasiyaların ödənilməsi nəzərdə tutlmuşmamışdır.Belə olan halda bank rəhbərliyi fikirləşirəm ki, düzgün addım atmışdır. -Bütün hallarda mənə elə gəlir ki, bu qanun boşluğudur və işçinin hüquqları pozulur.

-----------------------------------------------------------------------------------------------------------------------------

Əmək münasibətləri A-dan Z-yə 2018” kitabı SATIŞDA!!!

Mühasib və HR-ların stolüstü kitabını sifariş edə bilərsiniz

“Əmək münasibətləri A-dan Z-yə 2018” kitabının yeni, 6-cı təkmilləşdirilmiş nəşri çapdan çıxıb. İnsan resursları (HR) üzrə mütəxəssislər və mühasiblər üçün nəzərdə tutulan nəşrdə 15 fevral 2018-ci il tarixinədək Əmək Məcəlləsində edilən dəyişikliklər və əlavələr, eyni zamanda əmək münasibətlərini tənzimləyən bütün normativ-hüquqi aktların yeni tələbləri nəzərə alınıb. Nəşrə 3 yeni fəsil əlavə olunub. Əmək Məcəlləsinin 77-ci maddəsinə edilən əlavə və dəyişikliklər misallarla izah olunub, işçilərin sayının azaldılması və ya ixtisarı məqsədilə əmək müqavilələrinə xitam verilməsi zamanı işçilərə iş stajlarına uyğun müavinətlərin ödənilməsinin rəsmiləşdirilməsilə bağlı xəbərdarlıq (bildiriş), əmr və ərizə nümunələri verilib. Bundan əlavə, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əməkhaqqı ödənişlərindəki məcburi dəyişikliklər misallar üzərində nəzərdən keçirilərək sadələşdirilmiş vergi və ƏDV ödəyiciləri üçün açıqlama və izahlar təqdim olunub. İşsizlikdən sığortanın tətbiqi, bu sahədə diqqətə alınmalı tələblər, sığorta haqqının hesablanılması və ödənilməsi ilə bağlı təqdim olunan misallar və açıqlamalar kitabın ayrıca bir fəsilində yerləşdirilib. Kitabın əməkhaqqı, məzuniyyətlər, əmək müqavilələri, sosial ödənişlər, müavinətlər və digər aktual məsələlərlə bağlı ənənəvi fəsilləri yenidən işlənilib, nümunə və misalların hər biri nəzərdən keçirilərək yeni tələblərə uyğunlaşdırılıb. [Kitaba sifarişlərin qəbulu (012) 564 86 85 və (050) 368 12 72 saylı telefonlar və [email protected] email vasitəsiylə aparılır.
İstənilən regiona çatdırılma ödənişsiz olaraq həyata keçirilir. Daimi müştərilər üçün xüsusi təklif nəzərdə tutulub.

 

0 Komment

    Şərh yazın

    Xəbərlər