İş yerlərinin attestasiyası necə rəsmiləşdirilməlidir?

İş yerlərinin attestasiyası necə rəsmiləşdirilməlidir?

Əmək şəraiti üzrə iş yerləri attestasiyasının keçirilməsi və təşkili məqsədi ilə müəssisədə əmr verilməli, lazım gələrsə müəssisənin struktur bölmələrində attestasiya komissiyası yaradılmalıdır. Attestasiya komissiyasının sədri komissiyanın tərkibi və əmək şəraiti üzrə iş yerlərinin attestasiyasına aid sənədləşmənin aparılmasına, saxlanılmasına və tərtib edilməsinə cavabdeh şəxsdir. O, eyni zamanda əmək şəraiti üzrə iş yerlərinin attestasiyasının keçirilməsinə dair işlərin qrafikini və müddətini müəyyən edir.

Müəssisənin attestasiya komissiyasının tərkibinə həmkarlar ittifaqı təşkilatının nümayəndələri, əməyin mühafizəsi xidməti və əməyin təşkili üzrə peşəkar mütəxəssislər daxil edilir. Komissiyanın tərkibində əməyin mühafizəsi və əməyin təşkili üzrə peşəkar mütəxəssislərin olması vacib şərtdir. Əgər təşkilatda belə mütəxəssislər yoxdursa, onların rəsmi şəkildə kənardan cəlb olunması vacibdir.

“Əmək münasibətləri: A-dan Z-yə” kitabı– Mühasib və HR-lərin stolüstü kitabı

Kitabda işçinin işə qəbulu prosesindən başlayaraq həyata keçirilməsi zəruri olan addımlar - əmək müqaviləsinin bağlanması, əmək kitabçasının açılması, sosial sığorta şəhadətnaməsinin alınması, əmək haqqı, ondan tutulmalar və güzəştlər, məzuniyyətlər və müavinətlər, onların növləri və hesablanması qaydaları, işçilərin və iş yerlərinin attestasiyası, əmək müqaviləsinə xitam verilməsi, bu zaman müavinətlərin hesablanması və hesabatları doldurulması ilə bağlı ətraflı məlumat vermişik.
4-cü təkmilləşdirilmiş nəşrdə biz son üç nəşrdə gözdən qaçan ən xırda incəlikləri belə misalların köməyi ilə şərh etməyə çalışaraq yeni misallar daxil etmişik.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.

0 Komment

    Şərh yazın

    Xəbərlər