Hesabat təqdim edilməyən dövrdə əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı baş verdikdə, müavinət hesablanır?

Hesabat təqdim edilməyən dövrdə əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı baş verdikdə, müavinət hesablanır?

«Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətın hesablanılması və ödənilməsi haqqında Əsasnamə»dən:
«Sosial sığorta haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən, məcburi dövlət sosial sığortası üzrə sığortaçıya sığortaedən tərəfindən hesabat təqdim edilməyən dövrdə əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı baş verdikdə, müavinətin verilməsi hesabat təqdim edilən tarixə kimi dayandırılır. Əgər sığortaedən hesabat əvəzinə fəaliyyətin olmaması barədə arayış təqdim edərsə, bu dövr müvəqqəti olaraq işin dayandırıldığı dövr hesab olunur və bu müddət
zamanı əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı (hadisəsi) baş verdikdə müavinət verilmir.
-----------------------------------------------------------------------------------------
Əvvəllər müəssisələrin işçinin əmək qabiliyyətinin müvəqqəti itirilməsi halları ilə bağlı təqdim etdiyi sənədlərdə olan məlumatların düzgünlüyünə DSMF orqanları dərindən nəzarət edə bilmirdi. Daha doğrusu, bunu kameral formada yoxlaya bilmirdilər. Əlbəttə ki, DSMF orqanları təşkilatlarda səyyar yoxlamalar aparan zaman uyğunsuzluqlar üzə çıxarardırsa, onda bununla bağlı tədbirlər görürdürlər. Amma son dəyişiklik buna qismən də olsa, son qoyur.

“Əmək münasibətləri: A-dan Z-yə” kitabı– Mühasib və HR-lərin stolüstü kitabı

Kitabda işçinin işə qəbulu prosesindən başlayaraq həyata keçirilməsi zəruri olan addımlar - əmək müqaviləsinin bağlanması, əmək kitabçasının açılması, sosial sığorta şəhadətnaməsinin alınması, əmək haqqı, ondan tutulmalar və güzəştlər, məzuniyyətlər və müavinətlər, onların növləri və hesablanması qaydaları, işçilərin və iş yerlərinin attestasiyası, əmək müqaviləsinə xitam verilməsi, bu zaman müavinətlərin hesablanması və hesabatları doldurulması ilə bağlı ətraflı məlumat vermişik.
4-cü təkmilləşdirilmiş nəşrdə biz son üç nəşrdə gözdən qaçan ən xırda incəlikləri belə misalların köməyi ilə şərh etməyə çalışaraq yeni misallar daxil etmişik.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.

 

0 Komment

    Şərh yazın

    Xəbərlər