İşçilərin ixtirasından gözləniləsi hallar haqqında məlumat

İşçilərin ixtirasından gözləniləsi hallar haqqında məlumat

 

Bəs, istənilən işçi ixtisar oluna bilərmi? Əmək məcəlləsinin 78-ci maddəsində (İşçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər) yazılır:

1. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşənin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir.
2. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir:
– Şəhid ailəsinin üzvləri;
– Müharibə iştirakçıları;
– Əsgər və zabitlərin arvadları (ərləri);
– Öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlar;
– Həmin müəssisədə əmək şikəstliyi almış və ya peşə xəstəliyinə tutulmuşlar;
– Məcburi köçkün, onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslər;
– Kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslər.
Tutaq ki, təşkilatın metal emalı sahəsində 3 nəfər əridici işləyir və işəgötürən qərar alıb ki, onlardan 2-i ixtisar olunmalıdır. Burada artıq
işəgötürən həmin 3 işçinin peşəkarlıq və məhsuldarlıq səviyyəsini müəyyənləşdirməklə ixtisar aparmalıdır. Peşəkarlığı müəyyən etməyin ən yaxşı variantlarından biri işçilərin attestasiyasının keçirilməsidir. Bundan əlavə, işçilərin kadr sənədlərinə nəzər yetirməklə bunu qismən müəyyənləşdirmək olar. bir başqa yol. İşəgötürən 3 işçiyə verdiyi eyni tapşırığın nəticəsi əsasında da onların peşəkarlığını müəyyənləşdirə bilər.Tutaq ki, işçilərin 3-ü də eyni peşəkarlığa, eyni ixtisasa malikdir,  bəs onda nə etməli? Bu halda yuxarıda sadalanan hallar nəzərə alınmaqla ixtisar aparıla bilər.
 

 

0 Komment

    Şərh yazın

    Xəbərlər