Hərbi xidmətə gedən işçi ilə rəsmiləşdirmə necə aparılmalıdır?

Hərbi xidmətə gedən işçi ilə rəsmiləşdirmə necə aparılmalıdır?

Əmək müqaviləsinə xitam verilməsinin şərtlərində işçinin və işəgötürənin iradəsindən asılı olmayan hallar da var. Ən çox rastlaşdığımız hallardan biri işçinin müddətli hərbi xidmətə getməsidir. Tutaq ki, işçi orta məktəbi bitirdikdən sonra işləyir və 18 yaşı tamam olan kimi müddətli hərbi xidmətə çağırılır. Bu zaman işçi təşkilatın rəhbərliyinə ərizə ilə müraciət etməlidir. Yaxşı olardı ki, o, çağırış vərəqəsinin surətini də təşkilata təqdim etsin.
 Bir məsələni də unutmaq olmaz ki, işçi hərbi xidmətdən qayıtdıqdan sonra yenidən öz iş yerində işləyə bilər, sadəcə qayıdandan sonra onunla yeni əmək müqaviləsi bağlanılacaq..
 

0 Komment

    Şərh yazın

    Xəbərlər