Sərxoş halda işə gələn işçini işdən necə azad etmək olar?

Sərxoş halda işə gələn işçini işdən necə azad etmək olar?

Bu halda işəgötürənə sual vermək lazımdır ki, işçinin iş vaxtı bir neçə dəfə sərxoşluq edərək iş rejimini pozması, əmək funksiyalarını yerinə yetirmək iqtidarında olmaması barədə onun əlində bir sübut varmı? Əgər sübut yoxdursa, işçini işdən çıxarmaq olmaz. Təşkilat rəhbərliyi işçini sübutsuz işdən azad etməklə Əmək Məcəlləsinin tələblərini pozur. Eyni zamanda təşkilat rəhbərliyi də təkid edə bilər ki, haqlıyam, əgər səhvəmsə, sübut edin. Bu zaman ona Əmək Məcəlləsinin aşağıdakı maddələri göstərilməli və izah olunmalıdır:
2. İşçinin işdən kənar edilməsi hər bir konkret halda müvafiq sübutlar
(həkim rəyi, işçilərin izahatları, arayışlar və digər rəsmi sənədlər)
top lanılaraq sənədləşdirilməlidir.
3. İşdən kənar edilən vaxt ərzində işçiyə əməkhaqqı verilmir. Üzürlü səbəbdən icbari ilkin və ya vaxtaşırı tibbi müayinədən keçməyən işçilər işdən kənarlaşdırıldıqda, onlara işdən kənar edildiyi vaxt ərzində boşdayanma qaydasında əməkhaqqı ödənilir.
4. İşdən kənar edilmiş işçiyə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilib-edilməməsindən asılı olmayaraq işəgötürən bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam tənbehlərindən birini tətbiq edə bilər.
5. İşdən kənar edilməsini işəgötürənin və ya başqa vəzifəli şəxslərin ona qarşı qərəzli münasibətinə, saxta sənədlər əsasında həyata keçirildiyinə və digər faktlara görə qanunsuz və əsassız hesab edən işçi pozulmuş hüquqlarının bərpa edilməsi, şərəf və ləyaqətinin müdafiə
olunması üçün məhkəməyə müraciət edə bilər.
Ola bilər ki, işçi doğrudan da, iş vaxtı spirtli içki qəbul edərək iş rejimini pozsun. Amma işəgötürən vaxtında tədbir görməsə, müvafiq sübutlar toplamasa, qanunla haqsız sayılır.
 

1 Komment

  1. Vusal 14 Noyabr 2020

    Icki icmediyim halda iwyerimde mene filan tarixde ickili idin iddiasi ile izahat yazdira bilerlermi?eger yazilibsa ne etmeli?

Şərh yazın

Xəbərlər