İmza nümünələrin notariusda təsdiq zamanı direktorun əmri təqdim olunmalıdır?

İmza nümünələrin notariusda təsdiq zamanı direktorun əmri təqdim olunmalıdır?

Təcrübədə tez-tez belə hallarla qarşılaşırıq ki, direktorun təyinatı üçün tərtib olunmuş və imzalanmış protokollardan, qərarlardan sonra da müəyyən prosedurlar həyata keçirilir. Təsisçi (təsisçilər) tərəfindən təyin olunmuş direktor yenidən özünün təyinatı haqqında əmr verir.
 Bunu notariuslar (imza nümunələrinin təsdiq olunması zamanı) və banklar tələb edirlər. Ancaq belə bir əmrin verilməsi düzgün deyil. Çünki direktorun təyin olunması haqqında hüquqi qüvvəsi olan sənəd artıq imzalanıb, yenidən hüquqi qüvvəsi olmayan belə bir əmrin verilməsinə ehtiyac yoxdur. Adətən, belə əmrdə direktorun konkret tarixdən səlahiyyətlərinə başlayacağı yazılır. Buna ehtiyac yoxdur, çünki protokolda təsisçi (təsisçilər) qeyd edir ki, direktor təyin olunub və o, konkret tarixdən səlahiyyətlərinin icrasına başlamalıdır.
 

0 Komment

    Şərh yazın

    Xəbərlər