
Əmək məzuniyyətindən istifadə hüququnun misalla izahı
Tutaq ki, hər hansı işçi 01.02.2008-ci ildə əmək müqaviləsi bağlayaraq «AA» şirkətində rəhbər işçi kimi işə başlayıb. Bu işçiyə güzəştlər düşmür, o ancaq altı aydan sonra əmək məzuniyyətinə çıxa bilər.
İşçi 31.08.2008-ci ildə ərizə ilə müraciət edir ki, onu 30 gün müddətində əmək məzuniyyətinə baraxsınlar. Belə də olur, işçi əmək məzuniyyətinə çıxır. Artıq işçi 01.02.2008-dən 01.02.2009-cu ilə kimi olan müddət üçün (iş ilinə görə) əmək məzuniyyətindən tam olaraq istifadə etdi. İşçi 01.02.2009-cu ildən 01.02.2010-cu ilə kimi olan dövr üçün əmək məzuniyyətindən 01.02.2009-cu ildən 01.02 2010-cu ilə kimi olan müddətdə istənilən zaman işəgötürənin razılığı ilə istifadə edə bilər. Deməli, ikinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ 01.02.2009-cuildən başlayır.
0 Komment
Şərh yazın