Uşaqlı qadınların əlavə məzuniyyəti necə hesablanır?

Uşaqlı qadınların əlavə məzuniyyəti necə hesablanır?

“Əmək münasibətləri: A-dan Z-yə” kitabından seçmə
Əlavə məzuniyyətin üçüncüsü isə uşaqlı qadınlara verilən əlavə məzuniyyətdir.
 
Maddə 117. Uşaqlı qadınların əlavə məzuniyyətləri
 
1. Əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq, 14 yaşınadək iki uşağı olan qadınlara 2 təqvim günü, bu yaşda üç və daha çox uşağı olan, həmçinin sağlamlıq imkanları məhdud uşağı olan qadınlara isə 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir.
2. Uşaqlarını təkbaşına böyüdən ataların, həmçinin uşaqları övladlığa götürmüş şəxslərin bu maddənin birinci hissəsində nəzərdə tutulan əlavə məzuniyyət hüququ vardır.
3. Bu maddə ilə müəyyən edilmiş əlavə məzuniyyət hüququ müvafiq təqvim ilinin sonunadək uşaqlardan birinin 14 yaşı tamam olduğu hallarda da saxlanılır.
4. Bu maddə ilə müəyyən edilmiş əlavə məzuniyyətlər bu Məcəllənin 118, 119, 120 və 121-ci maddələrində göstərilən işçilərə verilmir.
 

1 Komment

  1. Şəbnur 08 Fevral 2023

    Salam əsas və əlavə iş yerlərinin hər ikisindədə uşaqlı qadınlara əlavə məzuniyyət verilməlidi? və yaxud yalnız əsas iş yerində olmalıdır?

Şərh yazın

Xəbərlər