Hansı iş yerlərində işçini iş vaxtından artıq işə cəlb etmək olmaz?

Hansı iş yerlərində işçini iş vaxtından artıq işə cəlb etmək olmaz?

İşçini iş vaxtından artıq işə cəlb edilməsi istisnasız bütün iş yerləri üçün keçərli deyil. Xüsusilə ağır və zərərli sahələrdə işləyən işçilərin iş vaxtından artıq işə cəlb edilməsinə yol verilmir. Xüsusilə ağır və zərərli iş yerlərinin siyahısı isə Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimlənir.

 Əmək müqaviləsi bağlanan zaman həm işəgötürən, həm də işçi bunu nəzərə almalıdır. Fikir verdinizsə, biz xüsusilə ağır və zərərli sahələri ağır və zərərli sahələrdən fərqləndirdik. Ağır və zərərli sahələrdə çalışan işçiləri iş vaxtından artıq işə cəlb etmək olar, amma xüsusilə ağır və zərərli sahələrdə çalışanlara bunu tətbiq etmək yolverilməzdir.

0 Komment

    Şərh yazın

    Xəbərlər