Sınaq müddəti ilə bağlı məsələlər necə rəsmiləşdirilməlidir?

Sınaq müddəti ilə bağlı məsələlər necə rəsmiləşdirilməlidir?

Əmək müqaviləsində sınaq müddəti müəyyən edilərkən həmin müddət ərzində işçinin sınaq zamanı özünü doğrultmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi şərti göstərilməlidir. Sınaq müddətində özünü doğrultmamış işçinin əmək müqaviləsinə işəgötürənin əsaslandırılmış əmri (sərəncamı) ilə xitam verilə bilər.
Öncə işçinin sınaqdan çıxmaması barədə işəgötürənin məlumatı forması tərtib olunmalıdır. Sonra isə sınaq müddətində özünü doğrultmamış işçinin əmək müqaviləsinə xitam verilməsi üçün əmr hazırlanır. Əmrdə əsas kimi əmək müqaviləsi göstərilməlidir. Əmək müqaviləsinin qeyd olunması bəzilərinə qəribə gələ bilər. Ancaq əmək müqaviləsinin sınaq müddətinə aid olan bəndi əsas verir ki, işəgötürən sınaq müddəti ərzində əmək müqaviləsini ləğv edə bilsin, odur ki, əmrdə əsas kimi əmək müqaviləsi yazılmalıdır.
Əmək Məcəlləsində sınaq müddətində özünü doğrultmuş işçinin əmək müqaviləsinin qüvvədə olması və işçinin əmək funksiyalarını davam etdirməsi haqqında hansısa sənədin tərtib olunması barədə heç nə yazılmayıb. Amma kargüzarlıq və uçot baxımından belə hallarda işəgötürənin yazılı əmrinin olması daha məqsədəuyğundur.
 

0 Komment

    Şərh yazın

    Xəbərlər