Əmək qabiliyyətinin nə qədər müddətə itirilməsi əmək müqaviləsinin xitamına səbəb ola bilməz?

Əmək qabiliyyətinin nə qədər müddətə itirilməsi əmək müqaviləsinin xitamına səbəb ola bilməz?

İndi isə əmək qabiliyyətinin itirilməsi və işçinin vəfat etməsi ilə bağlı hallara diqqət yetirək. Əmək qabiliyyətinin tam itirilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) (Tibbi sosial ekspert komissiyaları vasitəsilə) rəyi ilə müəyyən edilir.
 Əmək qabiliyyətinin tam itirilməsi dedikdə, müvafiq icra hakimiyyəti orqanının ƏƏSMN-nin qərarı ilə işçidə müvafiq dərəcədə əlillik qrupu və ya 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməklə onun ən azı bir il müddətində əmək qabiliyyətsiz hesab edilməsi başa düşülməlidir. Əmək qabiliyyətinin 6 aydan az müddətə müvəqqəti itirilməsi əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz. Əmək qabiliyyətini müvəqqəti itirmiş işçinin iş yeri və vəzifəsi saxlanılmaqla, ona ilk 14 gün üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və miqdarda işəgötürənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir. Əmək qabiliyyətini bir ildən çox olmayan müddətə qismən itirmiş işçilər üçün isə ƏƏSMN-nin rəyi nəzərə alınır.
 

0 Komment

    Şərh yazın

    Xəbərlər