Hansı halda daşınmaz əmlakın satışına görə vergi ödəməlisən?

Hansı halda daşınmaz əmlakın satışına görə vergi ödəməlisən?

Vergi Məcəlləsində belə bir maddə var:
102.1.9. vergi ödəyicisinin azı 3 il ərzində əsas yaşayış yeri olduğu daşınmaz əmlakının təqdim edilməsindən gəlir;
Tutaq ki, vergi ödəyicisinin bir neçə evi var. Təbii ki, o, bu evlərdən birində yaşayır. Əgər vergi ödəyicisi yaşamadığı evləri satarsa, onların dəyəri gəlir vergisinə cəlb olunacaq. Amma hansı evdə 3 il yaşadığını sübut edərsə, onda həmin evin satışından gələn məbləğ gəlir vergisindən azad olunur. Bəs, vergi ödəyicisi necə sübut edə bilər ki, həmin evdə yaşayır? O, yaşayış yerindən alınmış arayışla, qeydiyyat arayışı ilə bunu sübut edə bilər. Burada söhbət davamlı 3 il ərzində və ya ümumiyyətlə, cəmi 3 il ərzində hansısa evdə yaşamaqdan getmir. 
Hansısa bir şəxs 3 il ərzində qış aylarında bir evdə, yay aylarında başqa bir evdə yaşaya bilər. Bu zaman artıq hər iki ev onun əsas yaşayış yeri sayılır və güzəşt hər iki evə şamil olunur.
Fikir verdinizsə, Məcəllədə söhbət vergi ödəyicilərindən gedir. Bəs, 102-ci maddənin 1.9-cu bəndinin vergi ödəyicisi kimi uçotda olmayan sadə vətəndaşa aidiyyatı varmı? Bəli, bu bənd istənilən vətəndaşa aid olunur.
Çünki bir şəxs ev alıb sonradan onu hansısa müddətdən sonra satırsa, artıq vergitutma obyekti yaranır. Bu isə imkan verir ki, həmin şəxs vergi ödəyicisi sayılsın.
 

0 Komment

    Şərh yazın

    Xəbərlər