İşçinin təşkilatdaxili başqa işə keçirilməsi zamanı sınaq müddəti təyin oluna bilər?

İşçinin təşkilatdaxili başqa işə keçirilməsi zamanı sınaq müddəti təyin oluna bilər?

Uzun müddət vəzifədə çalışan işçi təşkilatdaxili başqa işə keçirilməsi məsələsinə gəlincə isə, Əmək Məcəlləsində sınaq müddətinin təyin olunması ilə bağlı bir məhdudiyyət yoxdur. Məcəlləyə əsasən, əmək müqaviləsi bağlanılan işçiyə işəgötürən tərəfindən sınaq müddəti təyin oluna bilər. 
Qeyd etdiyimiz kimi, işçinin bir vəzifədən başqa vəzifəyə keçirilməsi ya əmək müqaviləsində müvafiq dəyişikliklər, ya da yeni əmək müqaviləsi bağlanılması yolu ilə rəsmiləşdirilir. Başqa işə keçiriləndə yeni əmək müqaviləsi bağlanılması halı nəzərdə tutulduğu üçün, sınaq müdəti də təyin oluna bilər. Amma təcrübə göstərir ki, bu, düzgün addım deyil. Belə ki, təşkilatda uzun müddət işləmiş işçi artıq özünü tam doğrultduğu üçün daha yüksək vəzifəli işə keçirilməsi barədə işəgötürənlə razılaşıb. Məhz buna görə sınaq müddətinin təyin olunmaması məsləhətdir. Bildiyimiz kimi sınaq müddəti işçinin peşəkarlığının aşkarlanması üçün müəyyənləşdirilir. İşçi təşkilat daxilində daha yüksək vəzifəli işə keçirilirsə, demək o artıq özünü təsdiqləyib.
 

0 Komment

    Şərh yazın

    Xəbərlər