Hamiləliyə və əmək qabiliyyətinin itirilməsinə görə müavinətin hesablanmasının misalla izahı

Hamiləliyə və əmək qabiliyyətinin itirilməsinə görə müavinətin hesablanmasının misalla izahı

13 iyul 2011-ci il tarixində Əsasnaməyə olunan son dəyişikliklər hesablamaların formalaşdırılmasına da çox təsir etmişdir.
Fərz edək ki, işçi Əliyeva Nailə Namiq qızı «AA» MMC-də (hesab edək ki, təşkilat Şərur rayon DSMF-də uçotdadır) vaxtamuzd işləyir. 
O, 02 avqust 2011-ci ildən hamiləliyə görə məzuniyyətə çıxıb. İşçinin iyul 2011 - avqust 2010-cu il (12 ay) müddətində əməkhaqqı 2640 manat olub (tutaq ki, işçi əvvəlki 12 ayda tam işləyib və stabil olaraq ayda 220 manat əməkhaqqı alıb). Şərti olaraq hesab edək ki, 12 ayda iş günlərinin cəmi sayı 248 günə bərabərdir. İşçi təqdim etdiyi xəstəlik vərəqəsinə əsasən, 06 dekabr 2011-ci il tarixində işə çıxmalıdır.
Bu zaman işçiyə analıq məzuniyyəti belə hesablanılır. Əvvəlki 12 aydakı cəmi əməkhaqqı (2400 manat) 12 ayda olan iş günlərinin sayına (248) bölünür, bir iş gününə düşən qazanc tapılır: 2640/248 = 10,65 manat. Sonra müəyyənləşdirmək lazımdır ki, 02 avqust 2011-ci il tarixindən 06 dekabr 2011-ci il tarixinə kimi neçə iş günü var. Tutaq ki, bu müddətdə 85 iş günü var. Bu halda cəmi analıq məzuniyyəti gündəlik qazanc (10,65 manat) 85 iş gününə vurulmaqla tapılır: 10,65 * 85 = 905,25 manat. Deməli, işçiyə analıq (hamiləliyə və doğuma görə) məzuniyyətinə görə 905,25 manat düşür.

“Əmək münasibətləri: A-dan Z-yə” kitabı– Mühasib və HR-lərin stolüstü kitabı

Kitabda işçinin işə qəbulu prosesindən başlayaraq həyata keçirilməsi zəruri olan addımlar - əmək müqaviləsinin bağlanması, əmək kitabçasının açılması, sosial sığorta şəhadətnaməsinin alınması, əmək haqqı, ondan tutulmalar və güzəştlər, məzuniyyətlər və müavinətlər, onların növləri və hesablanması qaydaları, işçilərin və iş yerlərinin attestasiyası, əmək müqaviləsinə xitam verilməsi, bu zaman müavinətlərin hesablanması və hesabatları doldurulması ilə bağlı ətraflı məlumat vermişik.
4-cü təkmilləşdirilmiş nəşrdə biz son üç nəşrdə gözdən qaçan ən xırda incəlikləri belə misalların köməyi ilə şərh etməyə çalışaraq yeni misallar daxil etmişik.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.

--------------------------------------------------------------------------------------------------------------------

0 Komment

    Şərh yazın

    Xəbərlər