İşçi vəfat etdikdə hansı sənədləşmə aparılmalıdır və müavinət necə hesablanılır?

İşçi vəfat etdikdə hansı sənədləşmə aparılmalıdır və müavinət necə hesablanılır?

İşçi vəfat etdikdə əmək müqaviləsi ləğv olunur. Bu zaman vəfat edən işçinin vərəsələrinə onun orta aylıq əməkhaqqının 3 misli miqdarında müavinət verilməlidir. Müavinətin hesablanması üçün vəfat edən işçinin ölüm haqqında şəhadətnaməsi iş yerinə təqdim olunmalıdır. Sonra müvafiq əmr verilməli və şəhadətnamənin surəti əmrə tikilməlidir. 
Belə bir əmrin nümunəsini əvvəlki fəsillərdə göstərmişik. Bu halda da işçinin müavinətini hesablamaq üçün yuxarıdakı misallarda olduğu kimi son 2 aya görə orta aylıq əməkhaqqı hesablanılır və 3-ə vurulur.
 

“Əmək münasibətləri: A-dan Z-yə” kitabı– Mühasib və HR-lərin stolüstü kitabı

Kitabda işçinin işə qəbulu prosesindən başlayaraq həyata keçirilməsi zəruri olan addımlar - əmək müqaviləsinin bağlanması, əmək kitabçasının açılması, sosial sığorta şəhadətnaməsinin alınması, əmək haqqı, ondan tutulmalar və güzəştlər, məzuniyyətlər və müavinətlər, onların növləri və hesablanması qaydaları, işçilərin və iş yerlərinin attestasiyası, əmək müqaviləsinə xitam verilməsi, bu zaman müavinətlərin hesablanması və hesabatları doldurulması ilə bağlı ətraflı məlumat vermişik.
4-cü təkmilləşdirilmiş nəşrdə biz son üç nəşrdə gözdən qaçan ən xırda incəlikləri belə misalların köməyi ilə şərh etməyə çalışaraq yeni misallar daxil etmişik.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.

1 Komment

  1. Vüsal 26 İyul 2022

    Salam, ölüm haqqında şəhadətnamənin surəti ən geci neçə günə işlədiyi müəssisəyə təqdim olunmalıdır

Şərh yazın

Xəbərlər