Əmək məzuniyyətinin başqa vaxta keçirilməsi nə deməkdir?

Əmək məzuniyyətinin başqa vaxta keçirilməsi nə deməkdir?

Əmək Məcəlləsində əmək məzuniyyətinin başqa vaxta keçirilməsilə bağlı maddələr var, bunun üçün qaydalar müəyyənləşdirilib. Yuxarıda bildirmişdik ki, əmək məzuniyyətinin verilməməsi yolverilməzdir və həmin maddələrdə bu sərtləşdirilib.
 Amma buna baxmayaraq bəzi hallarda əmək məzuniyyətini başqa vaxta keçirmək olar. İlk növbədə, əmək məzuniyyətinin başqa vaxta keçirilməsi dedikdə, nə başa düşüldüyünü aydıqlaşdıraq.
Əmək məzuniyyətinin başqa vaxta keçirilməsi dedikdə, cari ildə əmək məzuniyyətinin verilmə növbəsində nəzərdə tutulan vaxtın bir aydan başqa aya, cari iş ilindən növbəti iş ilinə, habelə növbəti təqvim ilinə keçirilməsi başa düşülməlidir.
Misallara müraciət edək. Tutaq ki, işəgötürənin təsdiq etdiyi qrafikə uyğun olaraq işçiyə əmək məzuniyyəti 2009-cu ilin sentyabrında verilməlidir. İşçi və işəgötürən razılaşırlar ki, işçi əmək məzuniyyətindən sentyabrda yox, oktyabrda istifadə edəcək. Bu, əmək məzuniyyətinin bir aydan başqa aya keçirilməsi sayılır.

“Əmək münasibətləri: A-dan Z-yə” kitabı– Mühasib və HR-lərin stolüstü kitabı

Kitabda işçinin işə qəbulu prosesindən başlayaraq həyata keçirilməsi zəruri olan addımlar - əmək müqaviləsinin bağlanması, əmək kitabçasının açılması, sosial sığorta şəhadətnaməsinin alınması, əmək haqqı, ondan tutulmalar və güzəştlər, məzuniyyətlər və müavinətlər, onların növləri və hesablanması qaydaları, işçilərin və iş yerlərinin attestasiyası, əmək müqaviləsinə xitam verilməsi, bu zaman müavinətlərin hesablanması və hesabatları doldurulması ilə bağlı ətraflı məlumat vermişik.
4-cü təkmilləşdirilmiş nəşrdə biz son üç nəşrdə gözdən qaçan ən xırda incəlikləri belə misalların köməyi ilə şərh etməyə çalışaraq yeni misallar daxil etmişik.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.

 

0 Komment

    Şərh yazın

    Xəbərlər