İşəgötürən 65 yaşa çatmış işçini Əmək Məcəlləsinin hansı maddəsi ilə azad etməlidir?

İşəgötürən 65 yaşa çatmış işçini Əmək Məcəlləsinin hansı maddəsi ilə azad etməlidir?

Yaş həddi ilə bağlı Əmək Məcəlləsində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv olunması şərtlərində də dəyişikliklər edilib. 
Maddə 70. işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları
Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər:
a) müəssisə ləğv edildikdə;
b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə;
c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə;
ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;
d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda;
e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.
Dəyişiklikdən aydın olur ki, işəgötürən 65 yaşa çatmış işçini – elmi- tədqiqat və ali təhsil müəssisələrində çalışan işçilər istisna olmaqla - işdən azad edə bilər. Bu, düzgün dəyişiklikdir. İşçinin əmək fəaliyyətinə yaşla bağlı bir məhdudiyyət qoyulursa, onunla bağlanmış əmək müqaviləsinin xitamı şərtlərində də bu, əks etdirilməlidir.
 

“Əmək münasibətləri: A-dan Z-yə” kitabı– Mühasib və HR-lərin stolüstü kitabı

Kitabda işçinin işə qəbulu prosesindən başlayaraq həyata keçirilməsi zəruri olan addımlar - əmək müqaviləsinin bağlanması, əmək kitabçasının açılması, sosial sığorta şəhadətnaməsinin alınması, əmək haqqı, ondan tutulmalar və güzəştlər, məzuniyyətlər və müavinətlər, onların növləri və hesablanması qaydaları, işçilərin və iş yerlərinin attestasiyası, əmək müqaviləsinə xitam verilməsi, bu zaman müavinətlərin hesablanması və hesabatları doldurulması ilə bağlı ətraflı məlumat vermişik.
4-cü təkmilləşdirilmiş nəşrdə biz son üç nəşrdə gözdən qaçan ən xırda incəlikləri belə misalların köməyi ilə şərh etməyə çalışaraq yeni misallar daxil etmişik.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.

3 Komment

  1. Mürvət 02 Dekabr 2022

    Təqaüdçü 65 yaşında birdəfəlik işdən azad olursa( birdəfəlik təqaüdə gedirsə) ona neçə aklad ödənilməlidir?

  2. Saleh Abdulov 12 Yanvar 2023

    Təqaüdçü 65 yaşında birdəfəlik işdən azad olursa(birdəfəlik təqaüdə gedirsə)ona ona neçə aklad ödənməlidir

  3. güləmi 20 Yanvar 2023

    işçinin yaşı 70 il 6 aydır.bunun işdə qalması mümkündürmü .müəssisə büdcədən maliyyələşir.

Şərh yazın

Xəbərlər