Əmək məzuniyyətinin müddətinə bayram və istirahət günləri daxil edilir?

Əmək məzuniyyətinin müddətinə bayram və istirahət günləri daxil edilir?

Əmək Məcəlləsinə məzuniyyətlə bağlı edilən ən son olan dəyişikliklərdən biri də işçinin əmək məzuniyyəti dövrünə təsadüf edən bayram günlərilə bağlıdır. Əmək məcəlləsinin 114-cü maddəsinin 6-ci bəndinə əsasən əmək məzuniyyəti dövrünə düşən iş günü hesab olunmayan bayram günləri məzuniyyətin təqvim günlərinə daxil edilmir və ödənilmir .
 Amma bir məsələni diqqətinizə çatdırmaq burda söhbət istirahət günlərindən (şənbə və bazar günü) getmir.  Bildiyiniz kimi, məzuniyyət günlərinə tərkibə şənbə və baza günləri daxıl edilir. 
Misal. Tutaq ki, işçiyə 01.05.2009-cu il tarixindən 21.05.2009-cu il tarixinə kimi 21 gün müdətində əmək məzuniyyəti verlib. Əmrdə qeyd olunub ki, işçi 22.05.2009-cu il tarixində işə çıxmalıdır.
Əmr qanuna müvafiq verilməyib. Çünki göstərilən tarixlərin əhatə etdiyi dövrə düşən 9 may - faşizm üzərində qələbə bayramı məzuniyyətdə nəzər alınmayıb. Məzuniyyət bir gün uzadılmalı, işçi 23.05.2009-cu il tarixində işə çıxmalıdır.

“Əmək münasibətləri: A-dan Z-yə” kitabı– Mühasib və HR-lərin stolüstü kitabı

Kitabda işçinin işə qəbulu prosesindən başlayaraq həyata keçirilməsi zəruri olan addımlar - əmək müqaviləsinin bağlanması, əmək kitabçasının açılması, sosial sığorta şəhadətnaməsinin alınması, əmək haqqı, ondan tutulmalar və güzəştlər, məzuniyyətlər və müavinətlər, onların növləri və hesablanması qaydaları, işçilərin və iş yerlərinin attestasiyası, əmək müqaviləsinə xitam verilməsi, bu zaman müavinətlərin hesablanması və hesabatları doldurulması ilə bağlı ətraflı məlumat vermişik.
4-cü təkmilləşdirilmiş nəşrdə biz son üç nəşrdə gözdən qaçan ən xırda incəlikləri belə misalların köməyi ilə şərh etməyə çalışaraq yeni misallar daxil etmişik.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.

--------------------------------------------------------------------------------------------------------------------

1 Komment

  1. Tunzalə Teymurlu 02 Avqust 2021

    Salam, bu qərar ödənişsiz məzuniyyət əmrlərinə də aiddir mi?

Şərh yazın

Xəbərlər