Əmək müffətişləri yoxlamağa gələndə hansı sənədləri təqdim etməlidir və ofisə buraxılmamasına görə cərimə nəqədərdir?

Əmək müffətişləri yoxlamağa gələndə hansı sənədləri təqdim etməlidir və ofisə buraxılmamasına görə cərimə nəqədərdir?

Yoxlamalar zamanı xidmətin vəzifəli şəxsləri vəsiqə təqdim etməlidirlər. Vəsiqələr nömrəli olur və ciddi hesabat sənədidir.DƏMX müfəttişləri yoxlama aparmaq üçün Ədliyyə Nazirliyində reyestrdən çıxarış doldurulmalıdır. Həmçinin, Xidmətin vəzifəli şəxsləri yoxlamaya hökmən İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsi ilə gəlməlidir. 
Və yoxlamaya başlamamışdan əvvəl işəgötürənin nəzarət kitabçasında qeydlərini aparmalıdırlar. İşəgötürənlərə tövsiyə edərdim ki, Xidmətin yoxlamağa gələn, qaydalara uyğun vəsiqə təqdim edən vəzifəli şəxslərini əraziyə buraxsınlar, çünki əks halda İnzibati Xətalar Məcəlləsinin 318-ci maddəsinə əsasən cərimələnəcəklər:
318.2. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin iş yerlərinə buraxılmamasına görə –
 vəzifəli şəxslər üç min beş yüz manatdan beş min manatadək miqdarda cərimə edilir.

“Əmək münasibətləri: A-dan Z-yə” kitabı– Mühasib və HR-lərin stolüstü kitabı

Kitabda işçinin işə qəbulu prosesindən başlayaraq həyata keçirilməsi zəruri olan addımlar - əmək müqaviləsinin bağlanması, əmək kitabçasının açılması, sosial sığorta şəhadətnaməsinin alınması, əmək haqqı, ondan tutulmalar və güzəştlər, məzuniyyətlər və müavinətlər, onların növləri və hesablanması qaydaları, işçilərin və iş yerlərinin attestasiyası, əmək müqaviləsinə xitam verilməsi, bu zaman müavinətlərin hesablanması və hesabatları doldurulması ilə bağlı ətraflı məlumat vermişik.
4-cü təkmilləşdirilmiş nəşrdə biz son üç nəşrdə gözdən qaçan ən xırda incəlikləri belə misalların köməyi ilə şərh etməyə çalışaraq yeni misallar daxil etmişik.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.

-------------------------------------

0 Komment

    Şərh yazın

    Xəbərlər